Paşinyan üçün “Rus NATO-su” bitdi – “Qardaşlığa” son?
Bu gün, 10:58

Ermənistan xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda biləcəyini təsəvvür etmədiyini bildirib. O, parlamentdə jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Talatbek Masadıkovun son bəyanatlarını şərh edərkən bu fikri səsləndirib.

“Dünyada hər şey bir-birinə qarışıb. Hesab edirəm ki, hamımız birlikdə hər şeyi tam şəkildə müəyyənləşdirməliyik. Şəxsən mən Ermənistanın KTMT-yə necə qayıda biləcəyini təsəvvür etmirəm”, - Mirzoyan vurğulayıb.
Ermənistan KTMT-dən hüquqi baxımdan tam çıxmaqla faktiki olaraq təşkilatda iştirakını dondurmaq arasında fərq qoyub. Buna görə də İrəvanın geri dönüş ehtimalını qiymətləndirərkən həm hüquqi vəziyyəti, həm də faktiki siyasi münasibətləri nəzərə almaq lazımdır.
Ermənistanın mövqeyi artıq, sadəcə, narazılıq və ya təşkilata təzyiq göstərmək cəhdi kimi qiymətləndirilə bilməz. İrəvanın davranışı uzunmüddətli strateji uzaqlaşmaya işarə edir. Əgər Moskva İrəvanın təhlükəsizlik narahatlıqlarını nəzərə alan yeni mexanizmlər təklif etsə, hərbi əməkdaşlığı bərpa etmək üçün zəmin yarana bilər. Lakin sadəcə diplomatik danışıqların intensivləşməsi kifayət etməz. Ermənistan konkret təhlükəsizlik təminatları və siyasi etimadın bərpasını tələb edə bilər.
Bir sözlə, vaxtilə Ərdoğanın "Mənim üçün Davos bitmişdir" sözlərini obrazlı şəkildə desək, Paşinyan üçün "Putin NATO-su" bitibmi? Mirzəyanın çıxışı belə oxuna bilərmi?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan KTMT-yə qayıtmayacaq. Onun fikrincə, Ukraynada atəşkəs əldə ediləndən sonra İrəvanın mövqeyində müəyyən dəyişiklik müşahidə oluna bilər.
Hərbi təhlilçi hesab edir ki, bu iki faktordan biri dəyişməlidir: "Ya müharibə qurtarmalıdır ki, Ermənistan Rusiyaya yaxınlaşmaq üçün addım atsın, ya da hakimiyyət dəyişməlidir. Mən birinci ehtimalı daha real sayıram. Hərçənd müharibənin uzanacağı görünməkdədir. Ona görə də, Ermənistan hələ KTMT-nin tədbirlərində iştirak etməyəcək”.
Onun fikrincə, burada Qərb qarşısında götürülən öhdəliklər də var: “Ermənistan Rusiyadan uzaqlaşmalı, siyasi-iqtisadi və hərbi təsirləri azalmalıdır. Bu yöndə siyasət yürüdülür və bölgədə Avropanın, eləcə də Birləşmiş Ştatların təsirləri artır. Əslində, Paşinyan təhlükəsizlik sahəsində tərəfdaşlarını müəyyən edib. Sadəcə, Ermənistanın KTMT-dən çıxarılmasını gözləyir ki, sabah qərarın məsuliyyətini təşkilatın üzərinə qoysun. O baxımdan bir qeyri-müəyyənlik davam edir".
Hərbi şərhçi amma bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyini gözləyir: "KTMT ilə bağlı bir seçim olunmalıdır. Çünki boykot etmək, üzvlük haqqını ödəməmək nizamnaməyə qarşı çıxmaqdır. Ermənistan özünü orada görmürsə, gələcəyini bu təşkilatdan kənarda təsəvvür edirsə, qərar qəbul etməlidir. Bu şəraitdə verilən bəyanatlar isə manipulyasiyadır, vaxt uzatmaqdır. Əgər Mirzəyan ölkəsinin mövqeyini bu cür ifadə edirsə, deməli, təşkilatdan çıxmaq qərarı verilməlidir. Amma görünən budur ki, erməni tərəfi vaxt qazanmaq istəyir və dediyim kimi, Ukraynada müharibənin necə başa çatacağını gözləyir. Bundan asılı olaraq qərar qəbul ediləcək".
Emil Salamoğlu
Musavat.com

Xəbəri paylaş