Bakıda 155 min manatlıq oğurluq: Tanınmış şirkətin əməkdaşları həbs olundu

 
Bu gün, 10:40           
Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul “Sabko” MMC-dən külli miqdarda oğurluq olub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, söhbət 155.378 manatlıq oğurluq hadisəsindən gedir.
Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin üç əməkdaşı - anbardar, sürücü və fəhlə tərəfindən törədildiyi məlum olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, sözügedən işçilər şirkətdən hissə-hissə 46113,84 manat dəyərində 15579 ədəd “Red Bull 250 ml” enerji içkisi, 51040,36 manat dəyərində 2610,76 kiloqram “Ankor” markalı yağı, 6785,86 manat dəyərində 1570,80 kiloqram “Tulçinka” markalı yağı, 39211,88 manat dəyərində 6502,80 kiloqram “Kalinka” markalı yağı və 12226,06 manat dəyərində 618,42 kiloqram “West gold” markalı yağı gizli yolla çıxararaq oğurlayıblar.
Əlimusa, Məmmədağa və Anar adlı işçilərin oğurluğunun üstü növbəti dəfə anbardan mal götürmək istəyərkən açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hər üç şəxs təqsirli bilinib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncü təqsirləndirilən şəxs isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılan “Sabko” MMC-nin qanuni təmsilçisi Amil Sadıqov olsa da, direktoru Səbuhi adlı şəxsdir. Şirkətin anbarı Nərimanov rayonu, Qarabağ küçəsində yerləşir. “Sabko” MMC daha öncə də AQTA tərəfindən keçirilən yoxlamalar nəticəsində gündəmə gəlmiş, şirkətin anbarında məhsulların saxlanma şəraiti ilə bağlı nöqsanlar aşkarlanmışdı.







Xəbəri paylaş


 
 


Xəbər lenti