Vüqar Əsgərov GÖMRÜK SİSETMİNİ elə hala salıb ki...

 
Dünən, 11:17           
Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovun yarıtmaz fəaliyyəti DGK-da elə bir xaos yaradıb ki, artıq işçilər də bir-birilərinə düşmən kimi yanaşırlar. Bu barədə "DİA-AZ"a danışan mənbə bildirir ki, məhz "yuxarıdakı" himayədarları hesabına Vüqar Əsgərov gömrük sisteminin kadr siyasətini bazar qanunları ilə idarəe tməkdədir. Və Şahin Bağırovun əslində, həm də ondan ehtiyatlanması nəhayətdə Əsgərova əlavə manevr imkanları tanımaqdadır. Hər halda Şahin Bağırov da Vüqar Əsgərov kimi biri ilə düşmən olmaq istəmir...
Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, məhz ÖZBAŞINA qalan Vüqar Əsgərov demək olar ki, öz niyyətlərini Şahin bağırova qəbul etdirmək gücündədir. Bunun da nəticəsində kadr işi rəsmən xaosa çevrilib, desək, yanılmarıq. Mənbə bildirir: "Məsələn, Daxili Təhlükəsizlik İdarəsinin rəisi var... Həsənli Şamil Rizvan oğlu... Gömrük xidməti mayorudur. Neçə müddətdir ki, onun yeri ilə bağlı bazarlıq aparılır. Hətta Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarından biri olan Afaq Bağırova da özünü bu postda görür. 
Yəni ona belə bir vəd verilib. Və təbii ki, bu işdə Vüqar Əsgərov əsas məsul şəxsdir. Neçə müddətdir ki, rəis ola bilməyən Afaq Bağırova işdə də özünü həddindən artıq əsəbi aparır ki, bu da onun tabeçiliyində olan digər işçilərə əlavə stresin yaranmasına gətirib çıxarır. Afaq Bağırova aşkar şəkildə qəzəbini digər xanım işçilərdən çıxır. Kimi istəyir danlayır... həm də səbəbsiz olsa belə..."
Mənbə iddia edir ki, məhz Vüqar Əsgərovun başında dayandığı SƏBATSIZ KADR İŞİ bu gün DGK-nı əməlli-başlı axsatmaqdadır: "Burda ancaq pul qazanmağı məqsəd qoyublar. Rəsmən TALAN GEDİR... dövlətin planını doldurduqdan sonra ciblərinə işləyirlər. Planı da necə doldururlar... Bunu bilməyən yoxdur. "Yuxarılar" hələ ki susur... Amma günlərin birində hüquq-mühafizə orqanları burdakı sənədləri qladırsa, təkcə Şahin Bağırov yox, gömrüyün 60-70 faizi həbsə gedəcək. Yəqin onda Vüqar Əsgərova "yuxarıdakı" adamı kömək ola bilməyəcək. Hər halda dövlət daha güclüdür... olmalıdır..."
Vüqar Əsgərov daha hansı işləri çevirir? Bizi izləməkdə davam edin...








Xəbəri paylaş


 
 


Xəbər lenti