Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – VİDEO
Bu gün, 10:52 106 dəfə baxılıb
“Torpaq kralı” Mübariz Vəliyev başçı da ola bilər, məhbus da...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bələdiyyə seçkilərindən sonra tutduğu postu tərk edəcək. Buna səbəb icra başçısının uzun müddətdir ki, ciddi sağlamlıq problemi yaşamasıdır.
Zakir Fərəcovun gedişi icra hakimiyyəti daxilində başçı postuna iddialı olan namizədlərin aktivləşməsinə səbəb olub. Bunlardan biri də “torpaq kralı” Mübariz Vəliyevdir.
Mübarizə Vəliyev uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədən istifadə edərək yüz hektarlarla torpaq sahəsi, milyonlarla manat məbləğində pul qazanıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən onun barəsində üç dəfə həbs qətimkan tədbiri seçilsə də, son anda həbsdən xilas ola bilib.
Bu gün Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışan Mübariz Vəliyev, Zakir Fərəcova yaxın şəxslərdən hesab olunur. O, icra başçısının yer aldığı rəsmi səfərlərin çoxunda iştirak edir.
Mübarizə Vəliyev 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olarkən də ciddi qanun pozuntularına yol verib, ekologiyaya divan tutub.
Mübariz Vəliyevin qanunsuz əməlləri haqqında məlumatlı olan bəzi şəxslər hesab edir ki, Zakir Fərəcovun gedişi Mübariz Vəliyevin yüksəlişi yox, sonu ola bilər. Zakir Fərəcovun gedişindən sonra Mübariz Vəliyevlə bağlı bütün faktların rəqibləri tərəfindən əlaqədar qurumlara təqdim edilməsi ehtimalı böyükdür. Bu isə Mübariz Vəliyev üçün sadəcə vəzifə iddiasının deyil, həm də azadlığın sonu ola bilər.

Xəbəri paylaş