5 il öncə mitinqdə “cəngavər” idilər – indi deyirlər, “gənc yavər” olublar, əmr icra ediblər
Bu gün, 14:10 69 dəfə baxılıb
Zaman yaraları qaysaqladır, dərdləri yüngülləşdirir, ağrı-acıları səngidir. Bir də görürük ki, aradan keçən illər fəryadımızın ərşə qalxdığı, bizə “Fəryad” adlı film çəkdirdiyi sarsıntılı günləri unutdurub.
Artıq bizə elə gəlir ki, yurd, torpaq, vətən sarıdan kefimiz həmişə son 4 ildəki kimi kök olub, heç qaçqınlıq, köçkünlük yaşamamışıq, minlərlə şəhidin, əlilin, itkinin dərdini çəkməmişik, “işğalda qalan yurdumuz” deyə sızlamamışıq.
Ancaq elə deyil. Bunların hamısı beş qat artığı ilə olub və bu ağrı-acılar millət olaraq bağrımızı dəlib, həyatımızı qaraldıb. Onları belə asanlıqla unutmaq mümkün deyil. Xalqın yaddaşı diri və aydın tutulmalıdır.
İllər öncə bizə yüz cür əziyyət, zülm, işgəncə verən canilərin bir çoxunun bu gün əlimizdə dustaq olması, məzlum görkəmləri vaxtilə bizim onlara bəslədiyimiz hiddət və nifrəti xeyli yumşaldıb, ancaq onların arxalı məxluq olduqları, vəzifə başında oturduqları zaman xalq qarşısında etdikləri çıxışları qaldırıb baxanda istər-istəməz ovqat dəyişir.
Təkcə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə, düzən Qarabağın rayonlarını işğal etdikləri zaman etdiyi militarist və avantürist çıxışın bu günlərdə yayılan fraqmentləri ölkəmizdə nə qədər adamın tüstüsünü təpəsindən çıxardı.
Buna qədər biz Ter-Petrosyanla bağlı bir sıra gerçəkləri unutmuşduq. Düzdür, bilirdik ki, rayonlarımız ard-arda işğal edildiyi, başda Xocalı olmaqla 10-a yaxın yaşayış məntəqəmizdə dinc əhaliyə divan tutulduğu, qətliam törədilidiyi dönəmdə erməni ordusunun baş komandanı bu Hələb kəlbisi olub, ancaq onun son illərdə sülhdən danışması, Azərbaycanla dil tapmaqdan, razılaşmaqdan bəhs etməsi bir çoxumuzda onu başqa obrazda qəbul etməyimizə səbəb olmuşdu.
O isə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasətinin baş ideoloqu və icraçısı imiş.
2-3 il öncə Ruben Vardanyanın Xankəndidə nələr danışdığı çox adamın yadından çıxmayıb. Kürəyini Moskvaya söykəmiş bu şəxs qaya kölgəsini özününkü sayır və başından böyük sözlər dilə gətirirdi. İndi qolu bağlı qara qul kimi məhzundur.
Arkadi Qukasyan və Bako Saakyan hər il rayonlarımızın işğal günlərində mitinqlərə çıxır, “qəhrəman erməni zinvorların şücaəti sayəsində” qazanılan zəfər haqqında nitqlər irad edir, gurultulu alqışlar qazanırdılar. İndi ümidləri Avropa təşkilatlarına və dövlətlərinədir, hesab edirlər ki, yalnız onların sayəsində azadlığa çıxa biləcəklər. Vaxt vardı, onlar özlərini uydurduqları “qəhrəmanlıq” nağıllarının baş qəhrəmanı, "cəngavər"i elan edir, “tarixi qələbə”nin qazanılmasında şəxsi xidmətlərini qabardırdılar, indi müstəntiqə verdikləri ifadədə sıradan biri olduqlarını, gənc yavərlər kimi əmr icra etdiklərini deyirlər.
Bəs Xocalıda 613 günahsız insanı kim gülləboran etdirib? Minlərlə insanı kim yaralayıb? Yüzlərlə qız-gəlini kim zorlatdırıb? Minlərlə əsiri sonradan kim güllələtdirib? Günahsız insanları, hərbi əsirləri bu toplu məzarlarda kim basdırıb? 7 abad rayonun şəhər və qəsəbələrini kim xaraba qoyub, kim söküb, daşıyıb, talan edib? Bunlar ritorik suallardır, cavabını hamımız bilirik.
Bunları yada salanda indi yazıq günə qalmış və özlərini daha da yazıq göstərən erməni “lider”lərə sakit yanaşmaq mümkün deyil.
Bu şəkli necə unutmaq olar?
O, Araik Arutyunyan deyildimi “Gəncəyə raket mənim əmrimlə atılıb” deyən? Hər dəfə ordumuz hansısa yaşayış məntəqəmizi düşməndən azad edəndə erməni hərbçilərin gücü Bərdəyə, Gəncəyə, Tərtərə raket atmağa çatırdı, bilə-bilə mülki insanları hədəfə alır, körpə uşaqları, qadınları, qocaları öldürürdülər. İndi Arayik özünü elə aparır ki, elə bil müharibədə yalnız humanitar missiya yerinə yetirib, hərbi əməliyyatlara qarışmayıb.
Ortada böyük hərbi cinayət var. Ələ keçən “lider”lərin “öz xalqlarının müqəddaratı uğrunda mübarizə aparan şəxslər” kimi təqdim edilməsi onların törətdiyi hərbi cinayətlərin mahiyyətini dəyişdirmir. Motivindən, məqsədindən asılı olmayaraq, bu şəxslər kütləvi insan qətllərinə, dağıntılara, talanlara rəhbərlik ediblər. Onlara azadlıq tələb edən bir sıra Avropa dövlətlərinin özləri vaxtilə “Nürnberq məhkəməsi” adıyla tanınan prosesdə Hitlerin siyasi-hərbi komandasını ağır şəkild cəzalandırıblar. Elə ən yaxın tarixdə serb generallarının Haaqa tribunalında aparılan mühakiməsi presedenti də var. Radovan Karaciçə, Radko Mladiçə qarşı irəli sürülən ittihamların eynisi Vardanyana, Saakyana, Qukasyana, Arutyunyana və digərlərinə qarşı sürülüb.
Belə çıxır ki, Bosniyada bənzər cinayətləri törədənlər mühakimə oluna bilər, amma Qarabağda daha betər cinayətlərə qol qoyanlar mühakimə oluna bilməz. 30 mindən çox insanımızı qırıb-çatanlar cəzalarını çəkmədən azadlığa buraxılmalıdır? Belə standart yoxdur.
Ona görə də biz çox da ürəyiyumşaq və yaddaşı qısa olmamalıyıq. Başımıza gələn müsibətləri də unutmamalıyıq. Millətin öz müsibətlərini unutması onun təkrarlanmaq ehtimalını artırır.
Araz Altaylı, Musavat.com

Xəbəri paylaş