İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb?




“Met-Ak”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətieilməlidid. Gətirilmədiyi təqdirdə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, “Met-Ak”1997-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru və təsisçisi Aydın Kərimovdur. Aydın Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Xəbəri paylaş