Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər

 
Bu gün, 13:14            99 dəfə baxılıb
Bu gün Lerik Rayon İcra Hakimiyyətinin gənc başçısı Əkbər Abbasov maraqlı bir foto ilə gündəmə gəldi.

Başçı Piran kəndində səyyar qəbul keçirib. Görüşün təşkil olunduğu otaq soyuq olub. Buna görə də başçı üşüməsin deyə onun arxasına iki böyük qızdırıcı qoyublar. Görüş iştirakçılarının əksəriyyəti isə soyuq olduğu üçün üst geyimlərini çıxarmayıb.
Maraqlı məqam bilirsiniz nədir? Görüş zamanı elə sakinlərin şikayəti də bir növ soyuq hava şəraitində üzləşdikləri problemlərdən olub. Onlar elektrik təsərrüfatının yenilənməsini istəyiblər. İçməli su probleminin həllini, yollarının təmirini başçıdan istəyiblər.
Başçı bu fotonun sosial şəbəkədə bir mənalı şəkildə qarşılanmadığını görüb. Buna görə də təcili göstəriş verərək icra hakimiyyətinin rəsmi saytında yerləşdirilən həmin fotonu sildirib.
1-.jpg (53 KB)
Amma gənc başçı nəzərə almayıb ki, bu foto onun qızdırıcı ilə çəkilən ilk fotosu deyil. Daha əvvəlki görüşlərdə də eyni hallar yaşanıb. Görüşlərin təşkilatçıları başçısının üşüməməsi üçün xüsusi diqqət ayırıblar.
Məsələn, rayonun Osyodərə kəndindəki səyyar görüşdə çəkilən bu foto. Cənab başçı, bu fotonu da sildirin.
2--.jpg (191 KB)
Əkbər Abbasov üşüyən tək icra başçısı deyil. Lənkəranın icra başçısı Taleh Qaraşovun da bu cür qızdırıcılarla çəkilmiş fotosu az deyil. Başçının Zövlə kəndindəki görüşdə çəkilən fotosu:
3-.jpg (66 KB)
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Əliyevin də qızdırıcılı otaqlarda keçirdiyi görüşləri var. Başçısının Alar kəndindəki görüşdə çəkilən fotosu:
4--.jpg (171 KB)
 

Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti