Sabirabad necə işğal olunur? Nuriyevlər, Quliyevlər və bələdiyyə seçkiləri

 
Bu gün, 10:53            107 dəfə baxılıb
Sabirabad rayonu ölkənin ən qabaqcıl rayonlarından biridir.

Bu rayonun Cavad kəndi isə daha çox ziyalıları, Birinci Qarabağ Savaşında canından keçən şəhidləri ilə, qaziləri ilə hər zaman öndə olub.

Amma Cavad kəndi, ətrafı işğal altındadır.

Hə əgər sizin soyadınız Nuriyev deyilsə, ya da Yahyayaev və ya Quliyev deyilsə o zaman siz batdınız.

Məsələn Yuxarı Cavadda siz aztəminatlı ailəsinizsə, Kür sahilində kiçik bir çayxana qurub evinizə qəpik-quruş aparmaq istəyirsinizsə, o zaman siz mütləq Kür və Araz Çaylarının Bəndlərinin Mühafizə İdarəsinin rəisi Elman Nuriyevi görməlisiniz. Ya da onun bacısı oğlunu...

İndi sual verəcəksiniz ki, niyə axı Elman Nuriyevi? Axı ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizə İdarəsinin balansındadır. Bəli haqlı iraddır.

Kür və Araz çaylarının bəndlərindəki obyektlərə Elman Nuriyev baxır. Amma bənd sahilində obyektlərə də başqa adam nəzarət etmir. Elə Elman Nuriyevin bacısı oğlu Yusif Məmmədov nəzarət edir.

Sabirabad Meşə Mühafizə İdarəsinə də hazırda Elman Nuriyevin bacısı oğlu nəzarət edir.

Məsələn meşə ərazizində inşa edilmiş Sabirabad rayon Surra kəndi ərazisində yerləşən "Ana Kür" Şadlıq evini Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə verib. Nazirlik iddia qaldırıb ki, meşə ərazisində "Ana Kür" Şadlıq Evi qanunsuz fəaliyyət göstərir. Amma "Şam" Şadlıq Restoranın reyestr sənədlərini heç soruşan da yoxdur...

Bitdimi?

Yox. Tələsməyin Sabirabad Maliyyə İdarəsi, Şirvan Regional Elektrik Şəbəkəsi, Gənclər və İdman Nazirliyinin regional İdarəsi, hamısı eyni adamların əlindədir.

Sabirabad rayon Cavad kəndində əkinə yararlı torpaqlar.

Qarşıdan Bələdiyyə seçkiləri gəlir. Baxın görün nələr olur. Elman Nuriyev təkcə Kür və Araz Çaylarında Bəndlərin Mühafizə İdarəsinin rəisi deyil. O eyni zamanda Sabirabad rayon Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

E.Nuriyev İkinci Qarabağ savaşı dönəmində Sabirabada hər gün şəhid gələndə özünə restooran tikirdi. "Şamlıq" restoranı.
Onlarla evin şamı sönəndə, evlərə şəhid tabutları daşınanda...

Bu barədə video və foto materialları sizlərə təqdim edəcəyik.

Bitdimi?

Yox, Sabirabad rayon Cavad kəndində Elman Nuriyevin qardaşı oğlu bələdiyəyə namizəddir. Niyə bilirsiniz? Çünki ailəsinin kəndin tam ortasında böyük bir restoranı, avtotəmir sexi, böyük bir ərazisi var. Ərazi də Kür çayının bəndinin tam dibində. Yəni mühafizə zolağında...

Bundan da szilərə əttraflı bilgilər, bu ərazilərin necə qanunsuz satılması haqqında, sənədlərlə bilgi verəcəm.

Bir rayonu bu qədər bir ailə istismar edirsə, mütləq Cənab Ali Baş Komandana müraciət etmək üçün rayon ictimayyəti adından müraciətləri də işıqlandıracağıq.
gundeminfo.az








Xəbəri paylaş


 
 


Xəbər lenti