"İnnova" İnnovativ Reklamçılıq Şirkəti" cərimələnir
Bu gün, 11:22 69 dəfə baxılıb
"İnnova" İnnovativ Reklamçılıq Şirkəti" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az xəbər verir ki, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
MMC protokoldan şikayət verib. İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır. Baxış iclası yanvarın 16-da keçiriləcək.

Xəbəri paylaş