BAKLİFT-2 ixtisaslaşdırılmış idarəsinin qanunazidd əməlləri

 
Bu gün, 12:30            153 dəfə baxılıb
Dövlət qurumlarının həyata keçirdiyi tenderlərdə tez-tez neqativ hallarla rastlaşılır. Mətbuatın da dəfələrlə yazdığı kimi, elə məmurlar var ki, səlahiyyətlərindən istifadə edərək keçirilən tenderlərin qaliblərini öz yaxın ətrafının və tanışlarının şirkətlrəini elan edirlər.Təəssüf ki, vergi borcu olan şirkətlər bu gün daha çox tender qalibi olur. Hətta  “vergi borcu olub tenderdə qalib olanlar da, 20 gün əvvəl şirkət yaradıb tenderdə qalib çıxanlar da bu və ya digər şəkildə sifarişçi təşkilata bağlı müəssisələrdir.Adətən qurumlar özlərinə yaxın şirkətləri tenderlərdə qalib çıxarırlar. Bunun da sadə yolu var. Qalib olacaq şirkət əvvəlcədən məxvi sövdələşməyə gedir və özünə yaxın olan 3-4 şirkəti də özünə rəqib kimi tenderə qoşur. Və iddiaçılar arasında ən aşağı qiyməti isə özü qoyur. Tender komissiyası da təbii ki, ən aşağı qiymət qoyan şirkəti qalib elan edir. Redaksiyamıza daxil olmuş məlumata görə belə dövlət müəssələrindən biri də BAKLİFT-2 ixtisaslaşdırılmış istehsalat idarəsi və onun rəisi Üzeyir Aslanovdur. Beləki,BAKLİFT-2 ixtisaslaşdırılmış istehsalat idarəsinin son illərdə keçirdiyi iki tenderə nəzər salaq.Lift ehtiyat hissələrinin satın alınması üçün 15.07.2024-ci il tarixdə "HARMONY İNDUSTRİAL CONSTRUKTİON ENGİNEERİNKGROUP" MMC ilə ,24.07.2023 tarixdə isə yenə də Lift ehtiyat hissələrinin alınması üçün LİFT-SERVİS N MMC ilə ilə isə 330.016,5 AZNlik satınalma müqaviləsi bağlanılıb. Əgər həqiqətən də bu qədər ehtiyyat hissəsi alınmışdırsa nəyə görə BAKLİFT-2 ixtisaslaşdırılmış istehsalat idarəsinin xidmət etdiyi ərazilərdə bu qədər problemlər yaşanır?Həmən ərazilərdə vətəndaşlar günlərlə lift problemindən əziyyət çəkillər.Digər tərəfindən,Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Çox təəsüflər olsun ki,internet üzərindən araşdırma apardıqda 295.264,32 AZNlik tenderin qalibi olan "HARMONY İNDUSTRİAL CONSTRUKTİON ENGİNEERİNKGROUP" MMC haqqında heç bir məlumata rast gəlmədik. Dövlətin bu qədər pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?).
Belə olan halda "HARMONY İNDUSTRİAL CONSTRUKTİON ENGİNEERİNKGROUP" MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə BAKLİFT-2 ixtisaslaşdırılmış istehsalat idarəsi rəisi Üzeyir Aslanov dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür?Üzeyir Aslanovubu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...  
Növbəti yazımızda Ü. Aslanovun hansı əməllərinə görə barəsində cinayət işinin başlanmasına və məhkəmədən necə sərbəst buraxılmasına da toxunacıq. Bizi izləyin
 
 Əyalətmedia.az






Xəbəri paylaş


 
 


Xəbər lenti