Bakı Konqres Mərkəzi 700 minə təmizlənəcək
Dünən, 12:05 76 dəfə baxılıb
Bakı Konqres Mərkəzi MMC yeni tenderinin nəticələrini açıqlayıb. Tribunbainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Orada bildirilir ki, Bakı Konqres Mərkəzi ofis otaqlarında, köməkçi binalarda və inzibati binasında təmizlik, çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulmasi xidmətlərinin satın alınmasını həyata keçirəcək. Bununla əlaqədar, “MİNT SERVİCES” MMC ilə 678.972 manatlıq satınalma müqaviləsi imzalanıb.
Tribunainfo.az-ın açıq mənbələrdə apardığı araşdırma nəticəsində məlum olub ki, “Baki Konqres Mərkəzi” MMC ilə “Mint Services” MMC arasında bu tip müqavilələr yeni deyil. 2022-ci ilin yayında eyni məzmunlu məsələ ilə bağlı tərəflər arasında 410 498 manatlıq müqavilə bağlanılıb.
Bundan başqa, “Mint Services” MMC 2020-2023-cü illərdə ümimilikdə keçirilən tenderlərdən 3,7 milyon manatlıq sifariş alıb.
Şirkətin qanuni təmsilçisi Aqil Habil oğlu Hümmətovdur. “Mint Services” MMC hazırda Yasamal r-nu, Cəfər Cabbarlı küç., 609, GlobusCenterdə yerləşir.

Xəbəri paylaş