AzİnTelekom “Bestcomp Group”la 12.3 milyonluq müqavilə bağladı

 
27-01-2025, 12:51            90 dəfə baxılıb
“Azerbaijan İnternational Telecom” (AzİnTelecom) MMC bu günlərdə daha bir milyonluq tenderə imza atıb. Tribunainfo.az xəbər verir ki, dünən keçirilən müsabiqənin nəticələri və qalibi açıqlanıb.
Belə ki, MMC “BESTCOMP GROUP” QSC ilə anlaşıb. Anlaşmaya əsasən şirkət MMC  üçün Hökumət Buludu layihəsi çərçivəsində mövcud şəbəkənin genişləndirilməsi məqsədilə avadanlıqlar satın alacaq. Müqavilənin dəyəri isə 12.364.966,3 manat təşkil edir.
Qeyd edək ki, “Bestcomp Group” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.
Bildirək ki, “Bestcom Group” dövlət qurumlarının iri tenderlərinin “qənimi” kimi tanınır. Şirkətin son milyonluq müqaviləsi isə keçən ilin dekabrında Təhsil Nazirliyi ilə bağlanılıb. Tribunainfo.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Kompüter və noutbukların satınalınması” tenderinə əsasən “Bestcomp Group” QSC-dən 39 772 337 manatlıq məhsul alıb.





Xəbəri paylaş


 
 


Xəbər lenti