Konqoda etirazlar: ABŞ səfirliyi yandırıldı, imperialistlərə ölüm tələb edilir
28-01-2025, 14:29 59 dəfə baxılıb
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada Amerika səfirliyinin ərazisində yanğın baş verib. Yerli hökuməti dəstəkləyən bir qrup fəal diplomatik nümayəndəliyin binasına yanan təkərlər ataraq etiraz aksiyası keçirib. Bu zaman nümayişçilər “İmperialistlərə ölüm” kimi şüarlar səsləndiriblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, səfirliyin üzərində qalın tüstü buludlar qalxıb. Binanın ətrafına toplaşan çox sayda insan hadisəni mobil telefonları ilə lentə alıb. Səfirliyin əməkdaşları mühafizə qurmağa və yanğını söndürməyə çalışsalar da, etirazçılar alovu gücləndirərək təkər atmağa davam ediblər.
Təhlükəsizlik baxımından şəhərdəki əcnəbilərə otellərində qalmaları tövsiyə olunur. Hadisə ölkədə vəziyyətin gərginləşməsi fonunda baş verib.
Konqonun şərqində, paytaxtdan 1600 kilometr aralıda üsyançı qrup “23 Mart Hərəkatı” (M23) Şimali Kivu əyalətindəki inzibati mərkəzin ələ keçirildiyini açıqlayıb. Qrupun bəyanatı Konqo ordusuna silahlarını yerə qoymağı tələb edən ultimatum təqdim edildikdən sonra verilib.

Xəbəri paylaş