Bir gündə 22 min nəfəri qətlə yetirən nasist - Ölüm düşərgələrinin komendantı

 
27-01-2025, 15:26            5 dəfə baxılıb
Nasist Almaniyasının məğlubiyyətindən sonra qitədən qaçan cani adını və soyadını belə dəyişməyib. İki ölüm düşərgəsinin komendantı olan bu şəxs hətta həbsxanaya düşəndə çox təəccüblənib: “İndi vicdanla xidmət edən hər kəs cəzalandırılmalıdır?!”.
Kəşfiyyatçılar da özlərini bir az narahat hiss ediblər. Belə ki, onlar pulemyotlu zirehli maşınlara minib, cinayətkarı hər tərəfdən mühasirəyə alıblar. Dəniz kənarında dincələn, səliqəli saç düzümü ilə həyatından kifayət qədər razı olan yaşlı kişi əməliyyatçılara baxaraq deyib: “Uşaqlar, niyə belə səs-küy salırsınız? Müqavimətsiz sizinlə gedəcəyəm, sonra məni özünüz buraxacaqsınız”.
Sənədlərə görə, 1967-ci il fevralın 28-də San-Paulu şəhərinin polisi San Bernardo do-Kampo çimərliyində 16 il əvvəl Suriyadan buraya gəlmiş Braziliya vətəndaşı Frants Ştanqlı həbs edib. 59 yaşlı Ştanql “Volkswagen” zavodunda mühəndis işləyib və qanuni məzuniyyətdə olub.
7b108cbc-a628-406d-bf22-faa4b6d814b3.jpg (100 KB)
Sobibor və Treblinka ölüm düşərgələrinin komendantı insanlığa qarşı cinayətlərdə ittiham edildikdə, o, həqiqətən heyrətlənib: “Mən qaz kameraları quraşdırdığımla razıyam. Amma vicdanım təmizdir. Mən sadəcə öz işimi vicdanla yerinə yetirirdim”.
Sobiborda cəmi dörd ay xidmət edən nasist zabiti 100 min yəhudini öldürüb və Treblinkada bir gündə 22 000 məhbusu ölümə göndərib. Ümumilikdə Frants Ştanqlın köməyi ilə bir milyona yaxın günahsız insan öldürülüb.
“Ağ ölüm”ün rəhbərlik etdiyi kiçik qrup
1942-ci ilin aprelində “SS” reyxsfüreri Henrix Himmler yeni oberşturmfürer (baş leytenant) rütbəsi alan nasisti Polşadakı Sobibor düşərgəsinin komendantı təyin edir. Buranın bir məqsədi olub: mümkün qədər çox insan öldürmək.
aa0deeb1-8978-4fe2-90f3-66b355d9bd46.jpg (57 KB)
Rəhbərlik ona belə izahat verib: “Yəhudilər zəif işləyirlər, biz onlarla vaxt itirməməliyik, əksinə, onları tez məhv etməliyik”. Yeni gələn girov və əsirlər qatardan düz “hamam” deyilən yerə aparılıblar. İnsanlar kameraya salınıb, köhnə tank mühərrikləri içəriyə daxil olan boruların köməyi ilə otağa dəm qazı ötürüb. Bir saat sonra hamamda yalnız hərəkətsiz insan bədənləri aşkarlanıb.
Ştanql bununla qürur duyub: “Kiçik komandamız var, amma çox yaxşı işləyirik”. Onun komandanlığı altında keçmiş sovet hərbi əsirlərindən olan 30 SS əsgəri və 100 mühafizəçi olub. Eyni zamanda ölülərin qızıl dişləri, digər zinət əşyaları, ayaqqabı və geyimləri Reyxə göndərilib.
28 avqust 1942-ci ildə Frants komendant olaraq daha böyük ölüm düşərgəsi olan Treblinkaya gedib. Oberşturmfürerin dəmir barmaqlıqlar arxasından baxanlarla əlaqəsi olmayıb və əlində qamçı tutaraq onun üçün xüsusi hazırlanmış ağ kostyumda Treblinka ətrafında hərəkət edib. Nəticədə Frants “Ağ ölüm” ləqəbini alıb.
19c79cc9-0251-44f2-a951-f5a0cbb72496.jpg (455 KB)
Daha sonra o, sobalarda öldürülən yəhudilərə və qaraçılara qarşı heç bir nifrət hiss etmədiyini deyib: “Bu mənim peşəm idi və bundan həzz alırdım. Ambisiya və karyera arzusu ilə dolu idim, bunu inkar etməyəcəyəm”.
O, heç vaxt əsirləri və girovları insan adlandırmayıb, digər “SS”-çilərlə söhbətlərində onları atılacaq “yük” adlandırıb. Ştanqlın rəhbərliyi altında 11 ay ərzində kiçik Treblinkada düşərgəsində 3000, hətta bəzən 12000 nəfərin öldürüldüyü günlər olub.
Avstriya və Almaniyanın axtardığı nasist Braziliyada tapılıb
Qəribədir ki, heç kim Ştanqlı axtarmayıb. O, öz adı ilə yaşayıb və hətta Avstriyanın San-Pauludakı konsulluğunda milliyyətcə avstriyalı kimi qeydiyyatda olub. “SS”-çi ciddi şəkildə əmin olub ki, o, heç bir səhv etməyib. Yalnız 1961-ci ildə Avstriya Ştanqlın həbsinə order verib və Almaniya da axtarışa qoşulub.
Çimərlikdə həbs edildikdən sonra həyat yoldaşı əri üçün bahalı vəkillər tutub, lakin bu keçmiş nasistə kömək etməyib. 23 iyun 1967-ci ildə Frants Braziliyadan Qərbi Almaniyaya deportasiya edilib və dəmir barmaqlıqlar arxasına salınıb. Dekabrın 22-də Düsseldorf məhkəməsi Treblinkanın keçmiş komendantını ömürlük həbsə məhkum edib. Frants dərhal hökmdən apellyasiya şikayəti verib.
57f4c3cc-a9be-4a96-8f7e-e45b49699759.jpg (45 KB)
O, hökmdən hiddətlənərək müsahibələrinin birində deyib: “Mən şəxsən heç kimi öldürməmişəm, məhbuslara atəş açmamışam. İşim sırf texniki xarakter daşıyıb. Bizi kriminal polisdə belə öyrədiblər, hər şey quru və pedantik olmalıdır. Beləliklə, mən də oxşar şəkildə hərəkət etmişəm”.
Ştanql ölümündən bir müddət əvvəl müxbirlə söhbətində düşərgələrdə yəhudilərin və qaraçıların ölümündə günahkar olduğunu etiraf edib. 28 iyun 1971-ci ildə (müsahibədən 19 saat sonra) 63 yaşlı Frants Ştanql həbsxana kamerasında ürək çatışmazlığından ölüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün



Xəbəri paylaş


 
 


Xəbər lenti