İmişli mal bazarının müdiri yolu “işğal edib” – SAKİNLƏR ƏZİZ QULİYEVDƏN ŞİKAYƏTÇİDİR

 
27-01-2025, 13:12            80 dəfə baxılıb
İmişli rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, İmişli mal bazarının müdiri Əziz Quliyev bazar günü yolu bağlayır, sürücülər digər yoldan istifadə edəndə polis tərəfindən 100 manat cərimə olunurlar:
“Hörmətli Redaksiya!
Sizdən şikayətimizi ictimailəşdirmənizi xahiş edirik.
İmişli rayon mal bazarında demək olar ki, hər bazar davadır. Belə ki, bazarın önündən keçən yol bağlandığından, məcbur qalıb polislə də dava edirik. Üstəlik, yol bağlı olduğundan, gedəcəyimiz ünvana vaxtında çata bilmirik.
Əziz Quliyevin adamları çəkiliş etməyə imkan vermir ki, çəkək, yuxarı qurumlar bundan xəbərdar olsun. Xəstəsi olan, işə tələsən, təcili yardım gözləyən, yanğınsöndürən çağıran və s. insanlar sanki gün seçməlidirlər ki, ölməsinlər.
Rayon sakini İbadov Ələkbər Bəybaba oğlu bu yaxınlarda həmin məsələyə görə davaya düşdü. Göndərdiyimiz videoda da görəcəksiniz ki, yolu böyük həcmli maşınlar tutur. Mal bazarının müdiri yolu “işğal edib”. Polis də haqqlı olaraq digər yola keçən zaman sürücüləri cərimə edir. Biz sakinləri düşünən yoxdur.
Xahiş ediriki, şikayətimizi ictimailəşdirin, bəlkə bu vasitə ilə yolumuz “işğaldan azad oluna”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilib.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti