Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...

 
Dünən, 16:18           
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi Füzuli rayonunun Pirəhmədli kəndinin infrastrukturunun qurulması məqsədilə irimiqyaslı tenderə yekun vurub.

32gun.az xəbər verir ki, kəndin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi işlərini əhatə edən nəhəng müqavilə "AZSUR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Sifarişçi qurum bu satınalma üçün düz 1599999.99 AZN vəsait xərcləyəcək.

Nizamnamə kapitalı cəmi 10 AZN olan və qanuni təmsilçisi Rəşad Yasəf oğlu İmanlı olan bu şirkətin milyonluq infrastrukturu necə inşa edəcəyi diqqət mərkəzindədir.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.

"Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.

Qeyd eğək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Rauf oğlu Mikayılovdur, tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin rəhbəri vəzifəsini Fuad Abışev icra edir. O, eyni zamanda qurumun İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərir.

***32gun.az Xatırladır ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Mediada yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuşdu.

ADSEA rəhbəri Zaur Mikayılovun kadr siyasəti ilə bağlı əvvəllər də “qohumbazlıq” iddiaları gündəmə gəlib.

Həmçinin bildirilmişdi ki, Boğaziçi Universitetində birgə təhsil aldığı dostu Əsəd Şirinovu əvvəl müşavir, daha sonra isə “quda statusu”na yüksələn əsas fiqurlardan birinə çevirib. Ə.Şirinov bundan öncə isə əvvəllər “Coca-Cola” şirkətində Azərbaycan və Qazaxıstan üzrə əməliyyatlar meneceri, eləcə də Qafqaz regionu üzrə menecer vəzifələrində çalışıb.

Digər qudası Fuad Quliyevin də paralel şəkildə aparat rəhbəri postuna gətirilməsi bu iddiaları daha da gücləndirib.








Xəbəri paylaş


 
 


Xəbər lenti