Lakin təəssüf ki, sorğunun göndərilməsindən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, Maliyyə Nazirliyindən hələ də heç bir cavab daxil olmayıb.Ortaya çıxan mənzərə isə kifayət qədər düşündürücüdür. Dövlət qurumları vəzifəli şəxslərlə bağlı suallara operativ və şəffaf cavab vermədikcə, cəmiyyətdə şübhələr daha da artır. Çünki burada söhbət təkcə bir şəxsin əmək fəaliyyətindən deyil, dövlət qurumlarında nəzarət mexanizmlərinin necə işləməsindən gedir. Əgər hər şey qanun çərçivəsində baş veribsə, bunun izahı verilməlidir. Əgər verilməyibsə, onda ictimaiyyətin sual vermək haqqı var: Natiq Əliyev eyni vaxtda həm Naxçıvanda, həm də Bakıda necə işləyib?
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Facebook-da paylaş

Bu gün, 10:27 

























