Trampdan İlham Əliyevə xüsusi dəvət
Bu gün, 15:16
ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsindən çox qürur duyuruq.Bunu Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov deyib.
“Onlardan yalnız birinin dəvəti belə bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, – o bildirib.
Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.
Xəbəri paylaş


























