Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 15:33
"Dübəndi sahilində bu gün (05.07.2026) apardığım müşahidələr göstərir ki, sahilboyu ərazilərdə hələ də sualtı neft kəmərinin zədələnməsi nəticəsində baş vermiş neft sızmasının nəticəsində yaranan neft mənşəli çirklənmə izləri qalmaqdadır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Sara Rəhimova qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Küləyin istiqaməti, dalğa hərəkəti və sahilə doğru axınlar neft məhsullarını açıq dənizdən sahilə daşıyır. Sahilə çatdıqdan sonra isə neft qayaların arasında, çökəkliklərdə toplanaraq uzun müddət qala bilir.
Bir müddət əvvəl bu ərazidə IDEA tərəfindən təmizlik aksiyasının keçirildiyi ictimaiyyətə təqdim olunmuşdu. Əgər təmizlik həqiqətən lazımi səviyyədə aparılmışdısa, niyə sahildə hələ də neft mənşəli çirklənmə görünür? Ekoloji problemlər PR kampaniyaları ilə deyil, real və davamlı tədbirlərlə həll olunur, nümayiş xarakterli aksiyalarla yox.
Xəzər dənizinin ekosistemi üçün bu cür çirklənmə ciddi təhlükə yaradır. Problemin həlli üçün müntəzəm hidrometeoroloji monitorinq aparılmalı, neft sızmalarının mənbəyi aradan qaldırılmalı, sahil əraziləri təmizlənməli və sahilboyu davamlı ekoloji nəzarət təmin edilməlidir..."
Xəbəri paylaş


























