İcra hakimiyyətlərinin azyaşlı qızları ər evinə göndərən “səbəbləri” - AKTUAL
30-10-2023, 12:01 105 dəfə baxılıb
Azərbaycanda erkən nikaha ən çox qızlar cəlb edilir.
Bu, statistik rəqəmlərdə də əks olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2019-cu ildə nikaha girən 18 yaşadək qızların sayı 366, oğlanların sayı isə bir nəfər olub. Bunun müəyyən səbəbləri var. Ölkədə kişinin ailə başçısı hesab edilməsi, ailənin maddi yükünün əsasən kişinin çiynində olması onun bəlli yaşa gələndən, qazanc sahibi olandan sonra evlənməsini şərtləndirir.
Erkən yaşda qadınların nikaha girməsi isə əsasən onların öz iradələri və razılığı ilə olmur. Mental dəyərlər adı ilə qızları seçim imkanından, təhsil hüququndan məhrum edərək evliliyə cəlb edirlər. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 nəfər təşkil edib. Qanunvericilikdə əvvəllər nikah yaşı qadınlar üçün 17 idisə, qanuna dəyişiklik edilib və yaş həddi 18-ə qaldırılıb. Lakin Ailə Məcəlləsində istisna hal qeyd edilib.
Əgər üzrlü səbəb olarsa, bir il azaltmaqla insanlar 17 yaşında nikaha girə bilirlər. Buna da icazəni yerli icra hakimiyyəti orqanları verir. Bu il ölkədə üzrlü səbəblər göstərilməklə 271 yetkinlik yaşına çatmayan şəxs ailə qurub.
271 yetkinlik yaşına çatmayan şəxsin evlənməsinə razılıq verən orqanlar üzrlü səbəbləri nə qədər şəffaf araşdırıb? Bununla bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparıbmı?
Əyalətmedia.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov məsələ ilə bağlı Cebhe.info-ya danışarkən qanunvericilikdə yer alan bu məsələnin ləğvinin təklif olunduğunu deyib:
“2011-ci ildə Ailə Məcəlləsində nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş nəzərdə tutulmuşdu. 2011-ci ildə Ailə və Cinayət Məcəlləsinə dəyişikliklər oldu. Ailə Məcəlləsində qadınlar üçün 17 yaş 1 yaş qaldırıldı. Eyni zamanda, Cinayət Məcəlləsində qadının qaçırıltmasına görə sanksiya müəyyən olundu.
Bundan sonra erkən nikahlar məsələsində böyük dəyişiklik oldu. Amma Ailə Məcəlləsinin 10.2 maddəsində üzrlü səbəb olmaqla nikahın bir yaş azaldılması qüvvədə qalır. Biz komitə olaraq BMT-yə dövrü məlumatlar təqdim edirik. 2022-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsi nikah yaşının bir yaş azaldılmasının ləğv edilməsini və 18 yaş müəyyən edilməsini tövsiyə etdi. Təbii ki, biz bu məqsədlə bir sıra ölkələrin qanunvericiliyini nəzərdən keçirmişik.
Beynəlxalq təcrübədə bir yaş azaldılmasına çox az rast olunur. Demək olar ki, hər iki cins üçün 18 yaş müəyyən olunub. Ona görə də erkən nikahlarla bağlı yaranan narahatlığı aradan qaldırmaq üçün 18 yaşın müəyyən olunmasının tərəfdarıyıq. Biz bunun fəsadlarını da gördük. Bununla bağlı təklif olunur ki, həm qadınlar, həm də kişilər üçün 18 yaş müəyyən olunsun. Ailə Məcəlləsindəki 10.2-ci maddə aradan qaldırılsın”.
Komitə nümayəndəsi icra hakimiyyətinin bu səlahiyyəti barədə monitorinqlərin aparılmadığını bildirib:
“Nikah yaşının 1 yaş azaldılması ilə bağlı məsələ icra hakimiyyətlərinin səlahiyyətlərindədir. Bununla bağlı komitəyə heç bir müraciət daxil olunmur deyə monitorinq məsələsinə ehtiyac görülmür”.
DİA.AZ xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya bu maddənin ləğv edilməsi üçün müzakirələrin getdiyini deyib:
“Qanunvericilikdə hansısa səbəblərə görə nikah yaşı 17 yaş nəzərdə tutulurdu. İndi o boşluğu aradan qaldıracaqlar. 18 yaşı tamam olmamış hər kəsin hansısa səbəbin olub -olmamasından asılı olmayaraq nikaha daxil olması qadağan olunacaq. Çünki belə boşluqlar müəyyən imkanlar yaradır. Yerli icra hakimiyyəti əksəriyyəti bu müstəvidə konkret mövqe qoya bilmirlər. Elə yerlər var ki, qızı qaçırırlar bakirəliyi pozulur, yaxud hamilə qalır, bunu səbəb göstərib nikaha icazə verirlər.
Əvvəllər deyirdilər ki, evdə xəstə var, bu da absurddur, evdə xəstə olduğuna görə kiminsə uşağı ilə evlənmək olmaz. Xəstə varsa, Sosial Xidmətlər Agentliyinə müraciət edə bilərlər. Belə bəhanələr göstərir ki, burada məqsəd evlilik, birgə yaşayış yox, qızdan bir qulluqçu kimi istifadə etməkdir. O baxımdan bununla bağlı Komitə və QHT-lər daimi müzakirələr aparır. Düşünürəm ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq”.

Xəbəri paylaş