Ermənistanda əmr: Ağrı dağı bütün loqolardan çıxarılsın

 
Bu gün, 10:39           
Ermənistanda Ağrı dağının görüntüsünü hər yerdən silmək üçün müxtəlif dövlət qurumlarına təlimatlar göndərilib.
Əyalətmedia.az publika.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilir ki, Ağrı dağının görüntüsünün bütün təşkilatların loqosundan silinməsi tələb edilib. Ona görə də təşkilatlar yeni loqo hazırlamalı olacaqlar.
Ağrı dağının görüntüsü Ermənistan Milli Politexnik Universitetinin rəsmi loqosundan da çıxarılacaq. Bunun üçün universitetə iyunun 5-nə qədər vaxt verilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti