Faiq Əliyevin “Bona Dea”sı da cərimələnə bilər – SƏBƏB

 
27-01-2025, 12:49            102 dəfə baxılıb
Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” hospital gömrük qaydalarını pozduğuna görə haqqında cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, “Bona Dea”nın İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
“Bona Dea”ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 5 fevral tarixində hakim Nəriman Mehdiyevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Bona Dea” hospital 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Hospitalın baş icraçı direktoru Faiq Əliyev özü, hospitalın baş həkimi isə Musa Abbasov.
Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti