Bu gün İsa Həbibbəyli AMEA-nın prezidenti olacaq - Yenilənib
25-10-2022, 12:33
Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək."Əyalətmedia.az" xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.
***
Seçkinin qapalı keçiriləcəyi gözlənilir.
***
Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.
Xəbəri paylaş



























