ABŞ müharibənin bitməsi üçün Ukraynadan nə tələb edir? – Zelenski açıqladı

 
Bu gün, 10:10           
“ABŞ müharibənin başa çatması üçün Ukraynanın şərq vilayətlərindən çıxmalı olduğunu düşünməkdə davam edir”.
TSN.ua xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfəri zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi bu məsələni tez-tez gündəmə gətirir.
“Onlar düşünürlər ki, müharibəni dayandırmaq üçün biz öz ərazimizdən çıxmalıyıq. Bu, mümkün deyil. Söhbət ölkəmizin müstəqilliyindən gedirsə, bizimlə bu cür danışmaq olmaz. Onlar bununla bağlı müxtəlif variantlar tapmağa çalışırlar və mən fərqli təkliflər eşitmişəm. Hazırda təfərrüata varmayacağam, çünki bütün bu variantları müzakirə etmək saatlarla vaxt aparar”, – deyə Zelenski bildirib./oxu.az



Xəbəri paylaş


 
 


Xəbər lenti