DGK-nin Aparat rəhbəri hərbi xidmətdə olmayıb?

 
12-11-2026, 11:21           
Əslində belə olmalı deyil. Yəni qanunvericilik imkan vermir ki, Dövlət Gömrük Komitəsində hərbi xidmət keçməyənlər rəhbərlikdə, rütbəli işdə təmsil olunsunlar. Amma neçə müddətidir ki, "DİA-AZ" olaraq DGK sistemində müşahidə olunan qeyri-adi olaylardan, eybəcərliklərdən bəhs edirik. Yəni aydın olanı odur ki, Şahin Bağırovun rəhbərliyi altında nə desən... olar...
Bu ilin yanvar ayında Kənan Əsədov yerli KİV-də BƏH-BƏHLƏ təqdim olundu: "30 yaşlı polkovnik aparat rəhbəri təyin olundu" Amma bu polkovnikin tərcümeyi-halına nəzər saldıqda da görmək olur ki, bu MÜBARƏK ÖZKEÇMİŞDƏ hərbi xidmət üçün zaman ayrılmayıb.
Beləliklə... siz də tanış olun bu tərcümeyi-halla...
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Kənan Elmar oğlu Əsədov 1996-cı ildə Bakıda anadan olub.
2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. 2014-cü ildən Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləyib.
2019 – cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb.
2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib.
2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunub.
2023-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.
2025-ci ilin dekabr ayından Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
BU QƏDƏR SADƏ...







Xəbəri paylaş


 
 


Xəbər lenti