Anar Cahangirovun GÖMRÜK BAZARI -"Onun xəbəri yoxdur"... deməyin!

 
Bu gün, 10:41           
Məlum olduğu kimi, neçə müddətdir gömrük sistemində müşahidə olunan
eybəcərliklərlə bağlı davamlı faktları təqdim etməkdəyik. Maləsəf, bütün
bu neqativlərin hansısa formada tədbirini görmək, müşahidə olunan
 xoşagəlməz faktları aradan qaldırmaq əvəzinə DGK-da müəyyən bir
qrup var ki, ənənəvi TROL XİDMƏTİ hesabına gözə kül üfürmək cəhdində
bulunur. Amma vəziyyət heç də onların planladıqları kimi inkişaf edə
 bilməz və etməyəcək də. Şünki davamlı olaraq hüquq-mühafizə orqanları
 GÖMRÜK QAPILARINDAKI neqativlərə qarşı ciddi tədbirlərə əl atırlar.
Artıq yetərincə həbslər var... Amma görünəni odur ki, hələ də bəziləri
bundan dərs çıxarmayıb.
Son olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində
vətəndaşların başına açılan oyunlardan, HAVA NƏQLİYYATINDA qurulan
GÖMRÜK TƏLƏSİNDƏN bəhs etmişdik. Qeyd edək ki, sosial şəbəkə
hesablarımızda bu məlumatlar geniş rezonansa nədən oldu. Əslində biz
hər kəsin bildiklərini yazırıq. Elə oxucularımızdan biri də bu qənaətədir.
Oxucumuz yazır: "Anar Cahangirovun başında dayandığı bu sistem
əvvəlindən qsurludur. Hələ o zamanlar ulu öndər Heydər Əliyev də dəfələrlə
gömrükdəki özbaşınalıqlara görə gömrükçü məmurları tənqid hədəfinə çevirərdi.
İndinin özündə də bəzi tamahkar gömrük məmurları dövlətin yox, şəxsi
maraqlarını rəhbər tuturlar ki, nəticədə gömrük qapıları TALANÇILIQ
OBYEKTİNƏ ÇEVRİLİR. Burda insanlar rəsmən qarət olunur.
Burda maskalanmış gömrükçülər hava limanında özlərini əməlli-başlı qoçu
hesab edirlər. Sərnişinlərlə elə davranırlar ki, hamı özünü oğru kimi hiss edir.
Bunda birbaşa günahkar idarənin rəisi, general-mayor Anar Cahangirovdur.
Günahı başqa yerdə axtarmaq lazım deyil. İşçiyə necə göstəriş versən, elə də
davranacaq. Siz təsəvvür edə bilirsinizmi ki, hansısa işçi vətəndaşçları
Anar Cahangirovun iradəsindən kənar incitsin, onun malına-mülkünə tamah
salsın? Belə şey ola bilməz".
Qeyd edək ki, redaksiyamıza Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki
QARƏTÇİ ŞƏBƏKƏ ilə bağlı ilginc faktlar daxil olub. Bu barədə növbəti yazımız
olacaq. Bizi mütləq izləyin...(Dia-az)








Xəbəri paylaş


 
 


Xəbər lenti