“Qazilərdən biri özünü öldürür, biri asır, bu məsələni yoluna qoyun da!”
17-06-2022, 13:14 64 dəfə baxılıb
“Müharibə iştirakçısı, şəhid ailəsi xüsusi diqqətə layiqdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Xəbəri rus dilində oxuyun: Манаф Агаев не подчинился полиции и пытался сбежать - Подробности ареста
Millət vəkili qeyd edib ki, müharibə iştirakçıları ilə bağlı mövcud problemlər öz həllini tapmalıdır: “Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Birinci vitse-prezident tərəfindən bu istiqamətdə çox böyük işlər görülür. Bu cür görülən işlərə xırda problemlərlə kölgə salmaq olmaz.
Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Səfərbərlik Xidməti, Müdafiə Nazirliyi, ƏƏSMN, ictimaiyyət nümayəndələri, lap Milli Məclisin deputatlarını da daxil etməklə Komissiya yaradılsın. Bu insanlar dəvət edilsin, onun sənədləri araşdırılsın.
Bu qədər görülən işə kölgə salınır. Müharibə iştirakçılarından biri özünü öldürür, biri özünü asır. Qazi gəlir nazirliyə ona cavab verilir ki, sənin sənədlərin kompüterə gəlməyib. Gəlməyib, sən hazırla! Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var. Bunu etmək böyük problem deyil. Bu istiqmaətdə 4 aidiyyəti qurum var ki, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, bu problemlər həll oluna bilər.
Bunu etmirlər anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələni yoluna qoyun da!”

Xəbəri paylaş