Ali Məhkəmədə media nümayəndələri ilə görüş keçirilib - FOTO
25-05-2023, 13:12 110 dəfə baxılıb
Ali Məhkəmədə Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüş keçirilib.
'Əyalətmedia.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media orqanlarının rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır: “Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərlə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir.
Ali Məhkəmə olaraq məhz bu səbəblərdən məhkəmə islahatlarına dəstək vermək üçün Femida Dialoq Platformasını təsis etmişik. Bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə müzakirələr təşkil olunur. Femida Dialoq Platforması üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsi ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük rolundan irəli gəlir”.
İ.Kərimov qeyd edib ki, media cəmiyyətin hər bir üzvünü onlar üçün əhəmiyyət kəsb edən məsələlər haqqında daha yaxşı məlumatlı olmağa imkan verən faktlarla təmin edir: “Eyni zamanda informasiyanın mötəbərliyinin və dəqiqliyinin yoxlanılması, eləcə də təhlil olunması üçün müxtəlif baxışlara, müzakirə və tənqidlər üçün şərait yaradır. Bütün bunlar isə cəmiyyətdə sağlam rəqabəti təmin etməklə inkişafa dəstək vermiş olur.
Ölkəmizdə digər sahələrlə yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, media fəaliyyətinin iqtisadi əsasları möhkəmləndirilib. Eyni zamanda dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması istiqamətində mühüm işlər görülüb”.
Ali Məhkəmənin sədri bildirib ki, bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur: “2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə, media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir”.
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə deyib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir.
Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığnın təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib.
Tədbir çıxışlarla davam etdirilib.

Xəbəri paylaş