Elm və Təhsil Nazirliyinin qanunsuz müqaviləsi
8-09-2023, 13:51 231 dəfə baxılıb
Bu il avqustun 31-də Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Sənaye və Mülki Tikinti E-93” MMC ilə Abşeron-Xızı rayon təhsil şöbəsinin inzibati binasının əsaslı təmiri dair müqavilə bağlayıb.
Bu müqavilənin absurdluğu ondan ibarətdir ki, özəl şirkətin təmirinə görə dövlətdən 1 milyon 240 min manat (729,4 min dollar) alacağı Sumqayıt şəhərində yerləşən binanın təmir işləri çoxdan başa çatdırılıb.
Bu müqavilə barədə məlumat dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilib.
Təmir işləri ilə bağlı tender bu ilin iyulunda elan edilib (https://etender.gov.az/main/competition/detail/292092) və təkliflərin açılması avqustun 8-nə təyin edilmişdi.
Sumqayıt şəhərində baş verənləri işıqlandıran internet səhifəsi ötən ilin dekabrında bu binada aparılan təmir-bərpa işləri barədə yazmışdı.
Material (https://xeberle.com/…/99729-sumqayitda-bu-idarenin…) çoxlu foto illüstrasiyalarla müşayiət olunurdu.
Turan İnformasiya Agentliyinin müxbiri Abşeron-Xızı rayon təhsil idarəsinin binasında olub və təmir işlərinin uğurla başa çatdırılmasından və bu strukturun aparatının adi qaydada işləməsindən təəccüb edib.
“Hadisə baş verəndən sonra dövlət satınalmaları qanunvericiliyini pozmaqla müqavilə necə bağlana bilər” sualına Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyası cavab verməkdə çətinlik çəkiblər. //TURAN//

Xəbəri paylaş