Türk tarixinin çiçəklənmə dövrü: TDT real gücə çevrilir

 
12-03-2024, 11:51            187 dəfə baxılıb
Necə ki, Azərbaycan-Türkiyə strateji münasibətləri tarixinin ən qızıl dövrünü yaşayır, eləcə də Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında əlaqələr tarixinin çiçəklənmə dövrünə qədəm qoyub.
Bu sözləri politoloq Elxan Şahinoğlu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Bakıya dövlət səfərinə münasibət bildirərkən deyib.
O bildirib ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin yerinə gələn Qasım-Jomart Tokayevin Rusiyaya yaxın olacağı proqnozları özünü doğrultmadı:
“Belə fikirlər də səslənirdi ki, Tokayev hakimiyyətini qorumaq məsələsində Rusiyadan dəstək aldığı üçün Kremldən asılı vəziyyətə düşəcək. Bunlar da yanlış çıxdı. Əksinə, Tokayev rusiyalı həmkarı Vladimir Putinin üzünə baxaraq dedi ki, Qazaxıstan Donbası Rusiya ərazisi kimi tanıya bilməz. Bakıda olan Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Bu əlaqələr müxtəlif ortaq layihələrin reallaşması ilə daha da güclənəcək. Özbəkistan da bu siyasətində Qazaxıstandan geri qalmır. Bu minvalla Türk Dövlətləri Təşkilatının bölgədə real gücə çevrilməsi şansı artıb”.



Xəbəri paylaş


 
 


Xəbər lenti