Eyni suyun fərqli dadı: “təmiz su” fırıldaqlığı - SƏDR DANIŞDI
22-07-2024, 15:15 93 dəfə baxılıb
Son günlərdə havaların isinməsi ilə daha çox su istehlak edirik. Azərbaycanda satılan suların bir çoxunda isə müəyyən dad hiss olunur. Söhbət marketlərdə satılan sulardan gedir. Satılan adi, içməli sudur, amma markalar fərqli olduğu kimi dadları da fərqlidir. Hazırda marketlərdə qazsız içməli sular istehlakçılara müxtəlif qiymətlərə təklif olunur. Beş litrlik qablarda satılan suların qiyməti 1 manat 30 qəpiklə 9-10 manat arasında dəyişir. Hər şirkət öz məhsulunu müxtəlif qiymətə bazara çıxarır. Marketlərdə apardığımız müşahidələr və araşdırmalardan sonra bəlli oldu ki, bahalı sular (Müalicəvi əhəmiyyətli sular nəzərə tutulmur. Söhbət gündəlik istifadə olunan içməli sulardan gedir.) əsasən xarici ölkələrin məhsullarıdır. Belə ki, müxtəlif ölkələrdən gətirilən qazsız içməli suların Bakıya gəlib çatma xərcləri nəzərə alınaraq qiymətlər müəyyənləşdirilir.
Maraqlıdır, bəs bu sular insan sağlamlığı üçün nə dərəcədə faydalıdır?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, bu barədə dəfələrlə ictimai nəzarət platformaları, qruplar yaradılıb.
Onun sözlərinə görə, bu qurumların demək olar ki, heç birinin işi üzdə deyil:
“Su təbiətin möcüzəsidir və suyu analiz etmək üçün onun 300-ə qədər parametrləri araşdırılmalıdır. Şübhəsiz ki, Azərbaycanda da faydalı olan və ya olmayan sular var və araşdırılmalıdır. Lakin laboratoriyalar bu suların tərkibini araşdırmaq əvəzinə partizan kimi susur. Bu, son dərəcə mürəkkəb məsələdir. Su H2O, yəni 2 hidrogen və 1 oksigendir. Bəs necə olur ki, adi içməli su litri 60 qəpiyə də, 10 manata da satılır? Bunun araşdırılması qaranlıq məsələ olaraq qalır. Düşünürəm ki, ölkədə istehlakçı hüquqları üzrə işlər aparılmalı və bir çox malların tərkibi araşdırılmalıdır. Heç kəs bilə bilməz ki, kimə hansı növ su daha faydalıdır. Ona görə də suyu qarışıq içmək lazımdır. Yəni bəzən bulaq suyu, bəzən qablaşdırılmış sulardan içmək lazımdır”.
Qeyd edək ki, bu gün su ilə bağlı daha bir narahatçılıq verən xəbər yayıldı. Belə ki, "Nestle" kimi məşhur şirkət çoxmilyardlıq fırıldaqçılıqda ittiham edilib.
Fransanın müstəqil araşdırma platforması "Mediapart" "Nestle"nin çirklənmiş suyu “təbii mineral su” kimi satdığını iddia edib. Məlumata görə, şirkət suyu qadağan olunmuş üsullarla süzür və sonra onu emal edir:
"Son 15 ildə fırıldaqçılıq 3 milyard avro təşkil edib. "Foodwatch" istehlakçı təşkilatı Fransa hakimiyyətini günahkarları məsuliyyətə cəlb etməyə çağırır".
Dünyaca məşhur firma haqqında bu cür xəbərlər çıxandan sonra, hesab edirik ki, əlinizi suya uzadan zaman iki dəfə düşünün...

Xəbəri paylaş