Ermənistan silahlanır, Azərbaycan Ordusu hazır olmalıdır

 
30-08-2024, 11:12            93 dəfə baxılıb
Hesab edirəm ki, bu, Paşinyan komandasının Azərbaycana qarşı ərazi iddialarının ləğvi ilə bağlı Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini hansısa şəkildə təxirə salmaq üçün şüurlu istəyidir. Böyük ölçüdə ABŞ, Fransa və Avropa Birliyi kimi qüvvələrin təsiri altında olan Paşinyan hökumətinin hələ də tez, təsirli və səmərəli tədbirlər görməsi mümkün deyil.
Bu sözləri rusiyalı politoloq İqor Korotçenko İrəvanın Konstitusiya referendumunu 2027-ci ildə keçirməyi planlaşdırdığı ilə bağlı məlumatı şərh edərkən deyib.
O bildirib ki, Qərb iki ölə arasında sülh müqaviləsinin imzalanmasını istəmir:
“Məsələ burasındadır ki, istər Paşinyan, istərsə də Ermənistanın növbəti lideri tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin yenidən nəzərdən keçirilməsi potensialını saxlamaq Qərbin marağındadır. Bundan başqa, revanşizm Ermənistanda kifayət qədər populyardır. Ermənistan ordusunun hücum silahları ilə yenidən silahlanması prosesinin davam etməsi, nəhayət, İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir. Həmçinin mühüm maliyyə, media və digər təsir formatlarına malik qlobal erməni diasporunun bir sıra Qərb ölkələrinin bəzi hökumət və parlamentlərinə dağıdıcı təsiri səngimək bilmir”.
Ekspert hesab edir ki, Cənubi Qafqaz ətrafında böyük oyun hələ də davam edir və Ermənistan tələ kimi oyunçuların alətinə çevrilib, regionu qarışdıra bilər:
“Bu baxımdan Rusiya, Türkiyə, Azərbaycan, İran və Gürcüstan mövcud riskləri dərk etməli və Qərbin Ermənistan vasitəsilə regiona gələn dağıdıcı tendensiyalarının maksimum şəkildə blokadaya alınması üçün ortaq yanaşmalar tapmağa çalışmalıdırlar. Cənubi Qafqazda vəziyyətin yeni böyük destabilizasiyasının qarşısını almaq üçün Ermənistanın “Troya atı”na çevrilməsini dayandırmaq lazımdır”.
Korotçenko qeyd edib ki, bölgədə sülh müqaviləsi olmadan vaxtın daha üç il uzadılması müsbət nəticələr vəd etmir və Cənubi Qafqazda vəziyyət qeyri-sabit qalacaq:
“Bu gün bir çox istiqamətlərdə regionu sarsıtmağa çalışırlar. Xüsusilə, Qərbin Gürcüstandakı vəziyyətə necə mənfi təsir göstərdiyini, faktiki olaraq dövlət çevrilişinə və legitim hakimiyyətin məhvinə hazırlaşdığını görürük. Müxalifətin konstitusion yolla qalib gələ bilmədiyi bir şəraitdə “rəngli inqilab” və zorakılıqla hakimiyyətin dəyişməsi ssenarisi istifadəyə hazırlanır və bunu heç kim gizlətmir. İranda vəziyyət xarici oyunçular tərəfindən aktiv şəkildə destabilizasiya olunur”.
Korotçenkonun fikrincə, yalnız sülh müqaviləsi bölgəni yad təsirlərdən qoruya bilər:
“Biz İrəvana özünün qərargahı kimi gələn Qərb kəşfiyyat xidmətlərinin ümumilikdə dağıdıcı mövqeyini görürük. Bunları açıq şəkildə Paşinyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digərləri qəbul edir. Bölgədə vəziyyətin sabitləşməsi üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır. Müqavilə Ermənistanı bu sülh müqaviləsinə əməl etməyə məcbur etmək üçün rıçaqlarla tamamlanmalıdır. O cümlədən, Azərbaycanın hərbi potensialını saxlamaq lazımdır”.
O, Cənubi Qafqazda rəsmi Bakının yüksək mövqeyinin də mühüm olduğuna diqqət çəkib:
“Digər tərəfdən, biz Bakının dünya paytaxtlarından biri kimi geosiyasi statusunun yüksəldiyini və beynəlxalq münasibətlər sistemində və qlobal təşəbbüslərin təşviqində Azərbaycanın nüfuzunun kəskin şəkildə yüksəldiyini görürük. De-fakto Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək mandatı var. Yeri gəlmişkən, bunu ilk dəfə Qarabağa səfəri zamanı Azərbaycan Prezidentinə müraciət edən Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi. Hesab edirəm ki, Vladimir Putinin Bakıya səfəri zamanı bu və ya digər şəkildə Azərbaycanın fəal və çox mühüm iştirakı ilə regionda sabitlik və təhlükəsizlik məsələsi də müzakirə edilib”.



Xəbəri paylaş


 
 


Xəbər lenti