Azərbaycanda ən ucuz və ən baha istehlak kreditləri verən banklar - ARAŞDIRMA
8-06-2022, 13:10 175 dəfə baxılıb
Müharibə və pandemiya şəraitindən sonra insanlar xərclərinə qənaət etməyə və müəyyən dərəcədə əlavə xərcləri azaltmağa başladılar. Hazırda müəyyən şərtlərlə kredit əldə etmək asanlaşıb və artıq insanlar banka üz tutaraq kreditə müraciət edirlər. Bu, ölkə üzrə verilən istehlak kreditlərinin həcmində də özünü göstərir. Belə ki, bu ilin yanvar-aprel ayları üzrə verilən istehlak kreditlərinin həcmi 8,8% artaraq 4,9 milyard manata çatıb. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ümumi kredit portfelinin artımının 35%-i istehlak kreditləri ilə bağlıdır. Yəni, istehlak kreditlərinə hazırda tələb və maraq böyükdür.
"APA-Economics" Azərbaycan banklarının istehlak kreditləri üzrə təkliflərini araşdırmağa çalışıb. Bankların açıqladığı məlumatlara əsasən, hazırda ən aşağı tarif 12% göstərilir. Komissiya xərclərini nəzərə alsaq, hazırda ən aşağı tarifi "Xalq Bank" tətbiq edir -12,7%. Amma bu, yalnız əmək haqqı kartı "Xalq Bank"dan olan müştərilərə aiddir.
"Rabitəbank" komissiya ilə birgə istehlak kreditini bir il müddətinə 13%-lə, "Azər-Türk Bank" 13,5%-lə təklif edir. "Yelo Bank" isə istehlak kreditləri üzrə tarifi 12% göstərsə də, 2%-dək komissiya tətbiq edir.
Bir il müddətinə ən yüksək faizlə istehlak kreditini isə "Premium Bank" təklif edir - komissiya daxil 26%. "PAŞA Bank"dan isə tətbiq edilən tarif 25%-dir. Bundan əlavə, fərdi qayda da komissiya müəyyən edilir.
Ən aşağı kredit məbləği 200 manatdan ("Rabitəbank" təklif edir) başlayır. Ən yüksək məbləğdə istehlak kreditini isə "Ziraat Bank" təklif edir - 250 min manat.
"Günay Bank" istehlak kreditini yalnız əmək haqqını həmin bankdan alan müştərilərə, "PAŞA Bank" isə yalnız əmək haqqı kartı olanlara verir.
"Yapı Kredi Bank" əmək haqqı 250 manatdan, "Access Bank" və "Yelo Bank" 350 manatdan yuxarı olanlara kredit ayırır. "Bank Melli İran" isə istehlak kreditini dövlət işçilərinə 17%-lə, digər sahədə çalışanlara isə 19%-lə təklif edir.
Qeyd edək ki, Azərbaycan Bankları arasında hazırda yalnız "Muğan Bank" ötən ildən etibarən istehlak krediti verilişini dayandırıb. Pakistan Milli Bankının Bakı filialı isə bağlanmaq üzrə olduğu üçün bütün əməliyyatları dayandırıb.

Xəbəri paylaş