Tramp seçkilərdə uduzdu, lakin Kiyev sevinə bilmir
Bu gün, 09:57
ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələri təkcə ölkənin daxili siyasətinə deyil, beynəlxalq münasibətlərə də ciddi təsir göstərə bilər. Xüsusilə, Prezident Donald Trampın mövqelərinin zəifləməsi onun Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə yanaşmasına təsir edə bilər.Bu barədə CNN nəşri yazıb.
Nəşrin müəlliflərinin qeyd etdiyinə görə, Tramp təxminən iki il ərzində ABŞ-ın xarici siyasətində formalaşmış prinsiplərə yenidən baxaraq həm Vaşinqtonun müttəfiqləri, həm də rəqibləri arasında qeyri-müəyyənlik yaradıb. İndi isə onlar seçkilərdə mümkün uğursuzluğun prezidentin kompromislərə getməsinə, yoxsa əksinə, öz qərarlarını daha qətiyyətlə həyata keçirməsinə səbəb olacağını anlamağa çalışırlar.
Bildirilir ki, Kiyev seçkilərin nəticələri açıqlanmamışdan əvvəl Trampın prezidentlik müddətindən sonrakı dövrə hazırlaşmağa başlayıb. Son aylarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donald Tramp arasındakı münasibətlər xeyli pisləşib. Tramp Ukrayna liderinin dəyişdirilməsini tələb edib, Rusiyanın maraqlarına uyğun enerji sazişlərini irəli sürüb, həmçinin Ukraynanın ABŞ texnologiyalarına və kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb. Buna görə də Trampın seçkilərdə məğlubiyyəti Kiyev üçün müsbət hadisə kimi qiymətləndirilir.
Bununla belə, Trampın mövqelərinin zəifləməsi Ukrayna üçün vəziyyətin mütləq yaxşılaşacağı demək deyil. Kiyev hərbi əməkdaşlıq məsələlərində hələ də Ağ Ev ilə münasibətləri qoruyub saxlamağa məcburdur.
Bundan əlavə, jurnalistlər hesab edirlər ki, Vladimir Putin Trampın prezidentlik müddətinin başa çatmasına qədər qalan vaxtdan maksimum istifadə etməyə və Ukraynada hərbi uğurlar əldə etməyə çalışa bilər./axar.az
Xəbəri paylaş

























