Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB...

 
Bu gün, 11:21           
 
Elçin Yusubovun Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi və fəaliyyəti ilə bağlı korrupsiya və digər cinayət iddiaları üzrə araşdırmaların aparılması barədə məlumatlar bir çoxlarının kürkünə birə salıb, desək, yanılmarıq. Elə bu istiqaəmtdən "DİA-AZ"a daxil olan informasiyalar da dediklərimizi təsdiqləyir.
Məsələnin diqqət çəkən əsas tərəflərindən biri isə Elçin Yusubovun 2024-cü ildə Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin formalaşdırılması prosesində oynadığı rolla bağlıdır. Belə ki, həmin dövrdə Palatanın idarəetmə strukturlarının formalaşdırılmasında iştirak etdiyi, özünə yaxın hesab edilən və şəxsi biznes maraqlarını təmsil etdiyi bildirilən Ramil Qasımzadənin də rəhbər strukturlara daxil edilməsinə təsir göstərdiyi söylənilir. Yəni Elçin Yusubov Qiymətləndiricilər Palatasında Ramil Qasımzadənin xətti ilə bir növ təmsilçilik əldə etmiş olur.
 
"DİA-AZ"ın əldə etdiyi məlumatlara görə və təqdim edilmiş siyahıya əsasən, Elçin Yusubov və Ramil Qasımzadə ilə əlaqələndirilən, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvləri arasında təxminən 15 şirkətin olduğu bildirilir. Bu şirkətlərin bir qisminin yeni yaradılması səbəbindən onların təsisçiləri, faktiki rəhbərləri və fəaliyyət istiqamətləri barədə məlumatlar əlavə araşdırma tələb edir.
İlkin siyahıda aşağıdakı şirkət və təşkilatların adları yer alır:
  • Acar Qiymətləndirmə Mərkəzi MMC
  • AECS MMC
  • AMP Consulting MMC
  • AZVALUE MMC
  • Caspian Valuation MMC
  • Korall Consulting MMC
  • Qiymətləndirmə və Consulting Mərkəzi MMC
  • Sorğu Ekspert Mərkəzi
  • UNIPICE MMC
  • Mərkəzi Ekspertiza Bürosu
  • Central Consulting MMC
  • Delta Ekspertiza Mərkəzi
  • BYTA MMC
  • AZPRICE MMC
  • Turan Ekspertiza Mərkəzi
Yəni aydın olur ki, Elçin Yusubov qiymətləndirmə sektorunda korporativ maraqlarını məhz yuxarıda adları çəkilən şirkətlər hesabına həyata keçirib.
Hər halda bu faktların hüquq mühafizə orqanları tərəfindən ciddiyə alınaraq araşdırılması vacibdir və həm də ortaya daha ciddi dəlillərin çıxmasına nədən ola bilər.
Məsələ diqqətimizdədir. Davamı mütləq olacaq...







Xəbəri paylaş


 
 


Xəbər lenti