Bəşəriyyət bunu da bacardı - İNANILMAZ GÖRÜNTÜLƏR

 
18-04-2023, 12:06            134 dəfə baxılıb
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “İngenuity” helikopteri bu yaxınlarda Marsa 50-ci uçuşunu həyata keçirib.
Əyalətmedia.az bu barədə "Mashable"ə istinadən xəbər verir.
Qırmızı planetdə uçuşlar həyata keçirən kiçik helikopter aprelin 13-də 1057,09 fut (322,2 metr) məsafəni 145,7 saniyəyə qət edib. O, həmçinin təxminən 60 fut (18 metr) hündürlükdə yeni rekord qırıb.
NASA-nın Planet Elmləri Bölməsinin direktoru Lori Qleyz deyib ki, “İngenuity” komandası ilk helikopterin başqa bir dünyada uçuş əməliyyatlarını izləməyə və öyrənməyə davam edir.
nasa-released-wild-footage-of-ma.jpg (70 KB)
“İngenuity”nin 47-ci uçuşunun görüntüləri də NASA tərəfindən yayımlanıb. 
Bu, çox sadə bir iş kimi görünə bilər. Ancaq nəzərə alsaq ki, 2021-ci ilə qədər başqa bir planetdə motorlu nəqliyyat vasitəsi ilə heç bir uçuş həyata keçirməyib, bu baxımdan Marsda bir helikopterin uçması bəşəriyyət üçün böyük nailiyyətdir.
Eksperimental robot olan “İngenuity” helikopteri mühəndislərin gözləntilərini xeyli üstələyib. Bu layihəyə hazırlaşarkən NASA Marsda bir dəfə uça biləcəyinə ümid edirdi, lakin helikopter 50 uçuş edib.
 
images-1 (1).jpg (270 KB)
 
NASA vurğulayır ki, “İngenuity” hər dəfə havaya qalxdıqda əvvəlki missiyalarında olmayan performans sərgiləyir.
Bununla belə, helikopterin dünyadan kənar səyahəti daha da təhlükəli olur. Robot bir vaxtlar zəngin çay deltasına ev sahibliyi edən Marsın Jezero kraterindən keçir. Amma həmin torpaq artıq düz deyil. NASA-nın “İngenuity” əməliyyatlarının lideri Coş Andersonun sözlərinə görə, NASA mühəndisləri helikopteri qum təpələri, qayalıqlar və təpələrlə əhatə olunmuş əraziyə aparıblar: "Biz artıq Marsın Kanzasında deyilik". (Burada bəhs edilən Kanzas düzənlik kimi hamar torpaqdır - red.)




Xəbəri paylaş


 
 


Xəbər lenti