Anar Bayramov TSEK sədrlərini işdən çıxarıb, səbəbi açıqlanmır - Həkimlər də istefa verib
15-12-2023, 12:53 267 dəfə baxılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovun rəhbərlik etdiyi qurumda bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.
Əyalətmedia.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyin 10 nömrəli TSEK (Şəki, Qax, Oğuz, Zaqatala, Balakən), 13 nömrəli TSEK (Kürdəmir, Göyçay, Ucar, Zərdab, Ağdaş), 15 nömrəli TSEK (Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar), 16 nömrəli TSEK (Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul) sədrləri işdən çıxarılıb.
Agentlik sözügedən qurumların rəhbərlərinin işdən çıxarılmasının səbəbini açıqlamasa da, 10 nömrəli TSEK-in işdən çxıarılan sədri Dibirova Ülkər Umaxanovna məhkəməyə müraciət edib. İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.
Vüsalə Kazımova
Əldə etdiyimiz digər məlumata görə, Bakı Reabilitasiya Mərkəzində xeyli sayda həkim işdən istefa verib. Bunlar nevropatoloq Arif, terapevt Pərvanə və Gülsarə adlı həkimlərdir. Bu addımı atmalarına səbəb Bakı Reabilitasiya Mərkəzinin yeni direktoru Vüsalə Kazımova ilə anlaşa bilməmələri olub.
İxtisasca idman həkimi olan mərkəz direktoru təyinatdan sonra Bakı Reabilitasiya Mərkəzinə təmir adı altında külli miqdarda pul ayırtdırıb. Həmçinin, Azərbaycanda istehsal olunmasına baxmayaraq, mərkəz əməkdaşları üçün xaricdən uniformalar sifariş verilib. Xarici şirkətlər vasitəsi ilə gətiriləcək üniformaların bir dəstinin qiyməti 250 avrodan yuxarı baha başa gələcəyi deyilir. Halbuki Azərbaycanda bu geyimi 90 manata almaq mümkündür.

Xəbəri paylaş