DİN Kəlbəcərdəki BU GÖRÜNTÜLƏRƏ görə HƏRƏKƏTƏ KEÇDİ
28-08-2024, 12:45 134 dəfə baxılıb
Kəlbəcər rayonu ərazisində dağ keçisi leşləri aşkar edilib.
Əyalətmedia.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Kəlbəcərdə “Köhnə tunel” adlanan yerdə-çayın sahilinə yaxın ərazidə iki baş dağ keçisi ovçular tərəfindən öldürülüb. Onlardan birinin başı kəsilərək götürülüb. İddia edilir ki, ovçular dağ keçilərini buynuzlarına görə ovlayıblar.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər RPŞ-də müvafiq araşdırma başlanılıb: “İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaq”.
ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov da bildirib ki, Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
qafqazinfo.az

Xəbəri paylaş