Dünya müharibəsində nə qədər erməni ölüb? – Tarixi yalan

 
30-08-2024, 11:11            125 dəfə baxılıb
İkinci Dünya müharibəsindən sonra Sovetlərdə hakimiyyətdə olan ermənilər saxtakarlıq edərək, bir çox yalan informasiya və rəqəmləri sənədlərə əlavə ediblər. Lakin müasir dövrün texnologiyaları bu saxtakarlıqları üzə çıxarır.
Bu barədə tarixçi-alim Zaur Əliyev qeyd edib.
Təsəvvür edin, Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 1941-1945-ci illərdə ümumilikdə 600 mindən çox azərbaycanlı döyüşlərdə iştirak etmişdir. 170 mindən çox əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. Azərbaycanlılardan ibarət milli deviziyalar Qafqazdan Berlinədək gediblər, Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndin, Polşanın, Yunanıstanın, Çexiyanın və digər ölkələrin azad olunmasında iştirak ediblər. Bunu rəsmi sənədlər də təsdiq edir. Müharibədə iştirak edib ölən azərbaycanlıların sayı 200 min göstərilir. 100 minə qədər də əsir düşüb, partizan hərəkatlarında iştirak edib. Onların böyük hissəsi legioner olublar. 20 faizi isə partizan kimi başqa adlarla dəfn ediliblər.
Sovet İttifaqı Qəhrəmanı adını çoxunu almadı, marşal adına layiq olan Həzi Aslanovu Baqramyanın əmri ilə öldürdülər, SSRİ müdafiə naziri təyin edilməsi planlaşan İkram adlı azərbaycanlı polkovnik Baqramyanın adamları tərəfindən Lena çayında boğuldu. Bu kimi yüzlərlə fakt var. Ermənilər isə Baqramyanın əli ilə Sovet İttifaqı Qəhrəmanı adı aldılar. Çünki hakimiyyətdə onun sözü keçirdi. Bakıya “Qəhrəman şəhər” adı məhz ona görə verilmədi.
Bu gün ermənilər saxta sənədlərlə sübut etməyə çalışırlar ki, guya İkinci Dünya müharibəsi dövründə 600 min erməni ölüb. Fikir verin, Ermənistanın rəsmi məlumatına: “Ermənilərin 20%-i müharibədə iştirak edib.
Ermənistan SSR-in səfərbərliyi isə 21% təşkil edib. Bu göstəricilər təkcə SSRİ ölkələri və xalqları arasında deyil, həm də İkinci Dünya müharibəsinin bütün iştirakçıları arasında ən yüksəkdir”.
1939-cu il siyahıyaalınmasına əsasən, SSRİ-də 2.152.860, o cümlədən Ermənistanda 1.061.997, Azərbaycan və Gürcüstanda 803.028 erməni yaşayırdı. Böyük Vətən müharibəsinin əvvəlində onların sayı bir neçə onmin artmışdı. (Ermənistanın demoqrafik kataloqu göstərir ki, 1940-cı ildə respublikanın əhalisi 1,28 milyondan 1,32 milyona yüksəlmişdir). Cəbhədə 600 min erməni öldüyünü hesablasaq, yaralı və sağlam qayıdanları da nəzərə alsaq, məlum olur ki, Ermənistanın deyil, bütün SSRİ-də olan ermənilərin hamısı – qızlı-oğlanlı, qocalı-cavanlı, hətta 1 yaşındakı körpəyə qədər – döyüşüb! Belə çıxır ki, ermənilər müharibədə böyük itki verib – yəni 2 milyon erməninin 600 mini cəbhədə ölüb?
General-polkovnik Qriqori Krivoşeyevin redaktoru olduğu “Məxfiliyin təsnifatı aradan qaldırıldı: SSRİ Silahlı Qüvvələrinin müharibələrdə, döyüş hərəkətlərində və hərbi münaqişələrdə itkiləri” məlumat kitabına əsasən, müharibə dövründə 83,7 min erməni ölüb.
Tarixçi Kliment Arutyunyan “Erməni xalqının Böyük Vətən müharibəsində iştirakı (1941-1945)” əsərində 200 mindən çox erməninin həlak olmasını rəsmi sənədlərlə göstərir, lakin müəllif bu 200 minin 100 mindən çoxunun faşistlərə xidmət edən ermənilər olduğunu təsdiq edir.
Bir sözlə, ermənilər İkinci Dünya müharibəsi illərində iştirak və ölüm nisbətlərini 7 dəfə artıq şişirdib, özlərini gözə soxa biliblər.




Xəbəri paylaş


 
 


Xəbər lenti