“Baku Elektroniks” və “TBC Bank”-ın adları Meydan TV işində keçir – Araşdırma



Xatırladaq ki, Meydan TV ilə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin (BJM) faktiki rəhbəri Ülvi Tahirovun ətrafında davam etdirilən araşdırmalarla onun həyat yoldaşı, “Yuva” Humanitar Mərkəzinin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqələrdə olan FEMACT MMC-nin direktoru feminist Pərvanə Məmmədova barəsində bir sıra detallar açıqlanıb. Belə ki, sözügedən şəxslər barəsində 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə müxtəlif qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən maliyyə vəsaitləri əldə etmə faktları müəyyən olunub.
Məsələn, 2016-2022-ci illərdə İsveçin “Kvinna till Kvinna” donor təşkilatından “Gənc Qadın və Qızların Liderlik Proqramı” (Young Women and Girls Leadership Program), “Gənc qadınların cəmiyyətdə sülhyaratma fəallığı” (Young women”s peacebuilding activism in the society), “Ümid Mərkəzi – Gənc Qadınların Gücləndirilməsi” (Umid (Hope) Center -Young Women Empowerment) və “COVID-19-a cavab olaraq ÜMİD icmasına dəstək” (Support to UMID community as response to COVID-19) adlı layihələr üzrə 600500 manat, həmçinin, 2022-2023-cü illərdə Birləşmiş Krallığın “Müharibə və Sülh Xəbərləri İnstitutu” (IWPR – Institute for War and Peace Reporting) donor təşkilatından “Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdırılması prosesində gender məsələsinin ön plana çıxarılması (Gender mainstreaming of resettlement process of IDP from Karabakh) layihəsi üzrə 73000 manat sözügedən dəstənin ixtiyarına verilib. Yazıda adı keçən tərəflərin açıqlamalarını işıqlandırmağa hazırıq.
Xəbəri paylaş