Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun «xususi araşdırması» başa çatdı, amma…

 
1-05-2025, 13:21           

Bəs niyə «xüsusi araşdırma»nın nəticəsi  məhkəmə iclasında təqdim edilmədi, gizli saxlanıldı?

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İsmayıllı rayonunun İcra başçısı Nahid Bağırovun 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu almasına haqq qazandırmaqdadır. Çox maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunu cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Aydın olsun deyə qısaca qeyd edim ki, rəhbəri olduğum qəzetin redaksiyası adından Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermişdik.
Hakim Orxan Həsənov 14 fevral 2025- ci il tarixdə şikayətə baxılmasının mümkünsüzlüyü barədə qanunsuz qərardad qəbul etdi. Niyə? Axı  Azərbaycan Dövlətinin adından qərar verən hakim Orxan Həsənov 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu alan, sonradan İsmayıllı kimi bir rayona İcra Başçısı göndərilən, bu təyinatından 1 ay sonra Prezident Sərəncamı ilə töhmət alan(!)  Nahid Bağırovun müdafiəsinə niyə qalxırdı? Mən məhkəmədə həmin hakimə sənəd və sübutlar təqdim etmişdim ki, DİM indiyədək vətəndaşlardan daxil olmuş şikayət məktublarına istinadla göndərilmiş çoxsaylı media sorğumuzu dərhal cavablandırıb. Bəs indi nə baş verib???
İnanılmazdır: Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olunub…
Bəs indi nə oldu??? Nə baş verib ki, Dövlət İmtahan Mərkəzi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olublar? Hə, deməli, Nahid Bağırovu icra başçısı təyin etdirənlər böyük adamlardır, ona görəmi?! Axı indi məhkəmələrdə Nahid Bağırovun müdafiəsinə səfərbər olan həmin şəxslər bilmirlərmi ki, indiyədək məhz Prezident İlham Əliyevin başçı təyin etdiyi 10-a yaxın icra başçısı və müavinləri qanunsuz əməllərinə görə DTX tərəfindən həbs edilib mühakimə ediliblər. Bəziləri həbsxanada dünyasını dəyişib. Onları da təyin etdirənlər var idi, bəs onlar bu həbslərə mane ola bildilərmi? Yox!
Bəs indi bu boyda qanunsuzluq baş verir, yenə də bəziləri ortadakı qanunsuzluğu ört-basdır etmək istəyirlər. Niyə???



Xəbəri paylaş


 
 


Xəbər lenti