“Duru Su” adı altında kran suyu satılır - Görün, bizə nə içirdirlər!

 
29-12-2025, 12:28           

Bakının Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” adlanan ərazidə fəaliyyət göstərən “Duru Su” adlı su istehsalı sexində ciddi qanunsuzluqlar aşkarlanıb. Məlum olub ki, burada kran suyu qablaşdırılaraq içməli su adı ilə satışa çıxarılır."Azərbaycan Reallığı" xəbər verir ki, sakinlərin çoxsaylı şikayətləri əsasında əməkdaşlarımız sözügedən ünvanda araşdırma aparıblar.Aparılan çəkiliş zamanı müəyyən edilib ki, sexdə saxta etiketlər çap edilərək su balonlarına vurulur, su isə heç bir təmizlənmə prosesi keçmədən birbaşa kran xəttinə qoşulmuş şlanq vasitəsilə doldurulur.Doldurulan balonlar dərhal sırada gözləyən avtomobillərlə əvvəlcədən sifariş verilmiş ünvanlara daşınır.Çəkiliş zamanı sexin işçisi qanunsuz fəaliyyəti etiraf edərək, kran suyunun qablaşdırılıb satışa verildiyini təsdiqləyib. Sexin rəhbəri, özünü Kəlbəcər sakini kimi təqdim edən Şamxal Salmanzadə isə törətdiyi əməlin guya “qanuni” olduğunu iddia edib.Bundan başqa, məlum olub ki, sexdə onlarla insan günəmuzd əsaslarla, əmək müqaviləsi olmadan çalışdırılır, bu isə həm vergi qanunvericiliyinin, həm də əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir.Minlərlə vətəndaşın sağlamlığına real təhlükə yaradan bu cür faktların ictimailəşdirilməsi media nümayəndələri olaraq bizim vəzifəmizdir. Hadisənin hüquqi qiymətinin verilməsi isə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir.Ümid edirik ki, aidiyyəti qurumlar operativ reaksiya verərək qanunsuz fəaliyyət göstərən su sexi və onun iş icraçısı Şamxal Salmanzadə barəsində qanunauyğun tədbirlər görəcəklər.



Xəbəri paylaş


 
 


Xəbər lenti