"Bakıdakı sərgidə Azərbaycanın PUA-sı nümayiş olunacaq" - Nazirlik
30-08-2022, 11:47
"Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisinin əsas məqsədi ölkəmizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, iqtisadiyyatımızın yüksələn templə inkişaf etdiyini nümayiş etdirməkdir"."Əyalətmedia.az"ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.
O bildirib ki, tədbirdə min addan artıq silah sərgilənəcək: "Sərgidə Azərbaycanın iki pavilyonu olacaq. Burada ölkəmizin pilotsuz uçuş aparatı "İti qovan" nümayiş etdiriləcək".
Xəbəri paylaş



























