RUS HƏRBÇİLƏRİN ERMƏNİLƏRLƏ BİRGƏ YENİ TƏXRİBATI... - Yeni yolu “artsax polisi” qoruyur?
2-09-2022, 11:02 63 dəfə baxılıb
Erməni mediası yazır ki, separatçıların “polisi və fövqəladə hallar xidməti” təhlükəsiz keçid üçün gücləndirilmiş rejimdə çalışır
Xəbər verildiyi kimi, artıq Laçın dəhlizi yoxdur, bağlanıb. Avqustun 30-dan ermənilər alternativ yoldan istifadə etməyə başlayıblar. Lakin bununla bağlı erməni tərəfindən gələn xəbərlərdə sual yaradan məqamlar var.
“Yeni Müsavat” bildirir ki, erməni KİV-ləri belə bir xəbər yayıb: “Artsax respublikası”ndan Ermənistan Respublikasına və əks istiqamətdə hərəkət artıq Berdzor (Laçın - red.) şəhərindən yan keçməklə alternativ marşrutla həyata keçirilir. Bu barədə NEWS.am saytına “artsax respublikası”nın “daxili işlər nazirliyi”ndən (? - red.) bildirilib. Məlumata görə, Şuşi (Şuşa - red.) rayonunun Berdadzor (Laçın - red.) rayonunun kəsişməsindən başlayan yeni Stepanakert-Qoris yolu avqustun 30-da saat 20:00-dan etibarən istifadəyə verilib. Yolda Rusiya sülhməramlıları yerləşdirilib. Burada həmçinin “artsax daxili işlər nazirliyi”nin “yol polisi” və “artsax fövqəladə hallar dövlət xidməti”nin xilasediciləri vətəndaşların təhlükəsiz keçidinə nəzarət üçün gücləndirilmiş rejimdə xidmət göstərir".
Yəni belə çıxır ki, alternativ Laçın yolunu həm də “artsax polisi” qoruyur. Belədirsə, onda Rusiya sülhməramlılarının Qarabağda nə işi var? Onlar buna niyə izn verirlər? Bəlkə hərbi kontingentin komandanı general Volkovu Bakıya çağırmaq zamanıdır? Rəsmi Bakı buna etiraz bildirəcəkmi?
Qeyd edək ki, bu, separatçıların Bakıya qarşı ilk belə təxribatı deyil. Bir müddət öncə “artsax polisi” xüsusi fərqlənmə nişanə və geyimdə rus sülhməramlıları ilə birgə erməni kəndindən keçən Azərbaycan yük maşınlarını yoxlamaq cəsarəti tapmışdı. Görünür, yenə qudurmağa başlayıblar və onlara “yaşıl işıq” yandıran rus hərbçilərinə arxayınlaşıblar.
Azərbaycan öz resursları, büdcə vəsaitləri hesabına bu yolu çəkməyib ki, oraya separatçıların “polis dəstəsi” nəzarət etsin. Bu yola rus hərbçiləri dislokasiya edilib və onlar əraziyə cavabdehdirlər. Təbii ki, yolda həm də bizim postlar olmalı, ermənilərin gediş-gəlişinə nəzarət etməliydik. Yüksəkliklərdən və peyklə kontrolumuz təmin edilib, amma bir də yolun üzərində blok-post qoyulmalıdır. Əks halda, yenə qanunsuz səfərlərə rəvac verilə bilə
Üzeyir Cəfərov: “Ruslar təzə yolda postların sayını da artırıblar, görünür, Paşinyan Putindən yeni təlimatlar alıb”
Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, yeni yol separatçıların “təhlükəsizlik katibi” Vitali Balasanyanla birgə yoxlanılıb: “İndi bir başqa xəbər də var - ruslar təzə yolda 30 post qurub, yəni daha üçünü artırıblar. Rusiya Müdafiə Nazirliyinin saytında əvvəllər postların sayı az göstərilmişdi, indi 30 göstərilir. Deyəsən, sülhməramlıları başlı-başına buraxmışıq, fikirləşirlər ki, nə gəldi edə bilərlər. Buna yol vermək olmaz və bizim sərt şəkildə reaksiyamız olmalıdır”.
Hərbi ekspertin fikrincə, Brüssel görüşünün eyforiyasına qapılmaq olmaz: “Danışıqlar başa çatmamış bu cür hallar baş verir. Bizim tərəf deyir ki, danışıqlarda Minsk Qrupunun adı çəkilmədi, amma bu, heç nəyi dəyişmir, əsas məsələ işi tam başa çatdırmaqdır. Azərbaycan xalqı ərazi bütövlüyünü tələb edir. Əgər separatçılar ruslarla birgə xidmət edirlərsə, bu yerdə mən ancaq susa bilərəm. Halbuki yeni yolda sərhəd xidmətimiz, gömrük postumuz olmalı idi. Bundan qabaq da terrorçu ünsürlər bizim maşını yoxlamışdılar, indi təzədən qudurublar. Çünki ruslar şərait yaradır, görünür Paşinyan Putindən yeni təlimatlar alıb”.
Ədalət Verdiyev: “Yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir, Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir”
Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, 30 illik işğal dövründə Ermənistanın Qarabağla əlaqəsini təmin edən Laçın dəhlizi artıq bir yola çevrilib və Azərbaycan Ordusunun nəzarətindədir: “Həmin ərazilərdə Ermənistan tərəfinin qaz, elektrik, telefon rabitəsi və internet xəttinə də bu gün Azərbaycan Ordusu nəzarət edir. 30 km-dən uzun olan dəhlizi Rusiya nəzarətindən öz nəzarətimizə keçirməklə, paralel olmaqla Laçın ərazisindən 9 km məsafədə onlara yol verilib. Bu, sadəcə, yoldur, heç bir halda dəhliz deyil. Gələcək statusu daha çox Zəngəzur dəhlizinə veriləcək statusla bağlı olacaq. Hər bir halda Laçın rayonunun coğrafiyasını gördük. Ətrafımızda əsasən strateji yüksəkliklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir”.

Xəbəri paylaş