Azərbaycanda universitetlərin mühafizə xərci artırılıb – SİYAHI

 
11-03-2026, 13:11           
Bu il Azərbaycanda ali təhsil müəssisələrinin mühafizə xərcləri artırılıb.
Bu barədə İqtisadiyyat.az universitetlərin mühafizəsi ilə əlaqədar bağladığı müqavilələrə əsasən material hazırlayıb.
Belə ki, Bakı Dövlət Universitetinin (BDU) mühafizə xərci ötən illə müqayisədə 4,5 faiz və ya 42 126 manat artırılaraq 965 358 manata çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) isə cari il üçün mühafizə xərci 684 324 manat müəyyənləşib. Bu isə ötən illə müqayisədə 9 faizə yaxın və ya 55 648 manat artım deməkdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də bu il mühafizə xərci artırılıb. Belə ki, bu ali məktəbin mühafizəsi üçün xərci ötən illə müqayisədə 7 faiz və ya 31 477 manat artırılaraq 482 813 manata çatıb.
Azərbaycan Tibb Universiteti (ATU) də mühafizə xərcini artıran ali məktəblər sırasındadır. Belə ki, bu il ali tibb təhsili müəssisəsinin mühafizə xərci ötən illə müqayisədə 8 faiz və ya 52 min manat artırılaraq 700 min manatı ötüb.
Azərbaycan İdman Akademiyasının (AİK) isə mühafizə xərci bu il 242 490 manata çatıb ki, bu da ötən illə müqayisədə 11 faiz və ya 24 min manat artım deməkdir.
Azərbaycan Texniki Universitetinin (AzTU) də mühafizə xərcində ötən illə müqayisədə 10 faizlik artım qeydə alınıb. Belə ki, AzTU mühafizə xərclərini 38 428 manat artıraraq 437 204 manata çatdırıb.
Azərbaycan Dillər Universitetinin (ADU) isə mühafizə xərci ötən illə müqayisədə 9 faizə yaxın və ya 19 235 manat artırılaraq 240 min manat müəyyən edilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) də mühafizə xərci ötən illə müqayisədə 7 faiz və ya 22 372 manat artırılıb. Belə ki, cari ildə AzMİU-nun mühafizəsi üçün 332 476 manat vəsaitin xərclənəcəyi təsdiqlənib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) mühafizə xərci ötən illə müqayisədə 10 faizə və ya 9 min manata yaxın artırılaraq 97 732 manata çatıb.
Azərbaycan Milli Konservatoriyasının da bu il mühafizə xərci xərci 8,6 faiz və ya 6 min manat artırılıb və 76 min manata çatıb.
Azərbaycan Turizm və Menecment Universitetinin isə mühafizə xərci 66 min manatı ötüb ki, bu da ötən illə müqayisədə 6 faizə yaxın və ya 3 624 manat artm deməkdir.
Bakı Mühəndislik Universitetinin mühafizə xərci ötən illə müqayisədə 8 faizə və ya 30 min manata yaxın artırılaraq 405 825 manat olub.
Bakı Musiqi Akademiyası da bu istiqamətdə xərclərini cüzi artırıb. Belə ki, akademiyanın bu il mühafizə xərci ötən illə müqayisədə 0,7 faiz və ya 386 manat artırılaraq 56 800 manata çatıb.
Ali təhsil müəssisəsiÖtən il (AZN)Bu il (AZN)Fərq (AZN)Faiz artımı (%)
Bakı Dövlət Universiteti923 232965 35842 1264,56
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti628 675,68684 324,4855 648,808,85
Azərbaycan Dövlət Pedaqoji Universiteti451 335,84482 813,5231 477,686,97
Azərbaycan Tibb Universiteti656 206,12708 113,2851 907,167,91
Azərbaycan İdman Akademiyası218 510,04242 49023 979,9610,97
Texniki Universiteti398 775,48437 204,1638 428,689,64
Azərbaycan Dillər Universiteti220 096,67239 332,3219 235,658,74
Azərbaycan Memarlıq və İnşaat Universiteti310 104332 476,822 372,807,21
Prezident yanında Dövlət İdarəçilik Akademiyası88 910,6497 732,328 821,689,92
Azərbaycan Milli Konservatoriyası70 00076 0006 0008,57
Azərbaycan Turizm və Menecment Universiteti62 445,666 070,563 624,965,8
Bakı Mühəndislik Universiteti376 712,64405 825,629 112,967,73
Bakı Musiqi Akademiyası56 413,4456 800,01386,570,69
 







Xəbəri paylaş


 
 


Xəbər lenti