Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənləri hansı cəza gözləyir?
5-09-2022, 13:42 87 dəfə baxılıb
“Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunublar. Bu hal Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət sayılır”.
Bunu “Əyalətmedia.az”a açıqlamasında hüquqşünas Vamiq Şükür
Onun sözlərinə görə, pedaqoq və psixoloqlar tərəfindən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, bundan başqa, işgəncə verməklə törədildiyi üçün onları iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzası gözləyir.
Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.

Xəbəri paylaş