"Azercell" öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir
5-09-2022, 14:46 103 dəfə baxılıb
"Azercell Telekom" MMC şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərin ilk mərhələsini başa çatdırıb. Şirkət bu genişmiqyaslı layihəni avqust ayının əvvəlində həyata keçirməyə başlayıb və bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Şirkət qeyd olunan rayonlarda abunəçilərini daha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsində Azercell müştəriləri mobil tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər, videokonfranslar və digər rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.
Layihə çərçivəsində lider mobil operator müştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və gözləntilərini üstələmək məqsədi ilə növbəti 18 ay ərzində bütün respublika boyunca 300-dən çox yeni radio baza stansiyası quraşdıracaq və 1 600-ə yaxın mövcud baza stansiyanı təkmilləşdirəcək.
İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini diqqət mərkəzində saxlayan "Azercell" təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və artıq Zabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb.
Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz "Azercell" qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini əhatə edir.
Ümumilikdə, "Azercell" qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.
"Azercell" şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim edəcək.

Xəbəri paylaş