“Bolmart”da kiflənmiş dondurmalar satılır – Foto

 
Bu gün, 11:25           
“Bolmart” supermarketlər şəbəkəsində kiflənmiş dondurmalar satılır.
Tribuna.az xəbər verir ki, bunu sosial şəbəkədə Çinarə adlı xanım yazıb. O bildirib ki, 18 manata aldığı dondurma kiflənmiş olub:
“Bu gün” Bolmart”dan “Magnum” mini badem dondurması aldım.
İçindən kif dolu dondurma çıxdı. Dondurmanın qiyməti 18 manatdır”.
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərir.
Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu deyilir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul






Xəbəri paylaş


 
 


Xəbər lenti