İcradan intihar edən qazi ilə bağlı - Açıqlama
28-09-2022, 12:56
Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.İcra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayev Əyalətmedia.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.
“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, - F.İbayeva bildirib.
Qeyd edək ki, Firudin Firudinli "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdu.
Xəbəri paylaş



























