“Video yayılanda qızından, gəlinindən heç utanmadın?”

 
27-05-2022, 14:27            93 dəfə baxılıb

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində daha bir məhkəmə iddiası qaldırılıb.
Ayaletmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədri Ramiz Göyüşov onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
R. Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini, buna görə məsuliyyətə cəlb olunmasını istəyib.
VİP sədri şikayətin əsassız olduğunu deyib: “Video yayılanda qızından, gəlinindən heç utanmadın? Səni hamı gördü”.
Yasamal Rayon Məhkəməsi şikayəti icraata götürüb. Baxış iclası iyunun 3-ə təyin olunub.
Xatırladaq ki, R. Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb. VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.



Xəbəri paylaş


 
 


Xəbər lenti